Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT İranın nüvə proqramı ilə bağlı yeni danışıqların başlanılmasını alqışlayıb
Antoniu Quterreş

BMT-nin baş katibi Antonio Quterreş İran Nüvə Sazişi üzrə Birgə Komissiyanın bu günə planlaşdırılan toplantıya dəstək nümayiş etdirib.

Bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının bütün üzvlərinin konstruktiv dialoq aparmaq və bu vacib beynəlxalq razılaşmanı qorumaq üçün diplomatiyadan istifadə etməklə göstərdikləri fəal səyləri alqışlayırıq”, - deyə Düjarrik qeyd edib.

Qeyd edək ki, aprelin 2-də İranın Nüvə Proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planına qatılan ölkələr virtual görüş keçirib. AB xarici siyasət xidmətinin məlumatına görə, onlar ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdış perspektivinə və nüvə anlaşmasını qorumaq öhdəliklərinə müsbət təsir etməyə hazır olduqlarını bir daha bəyan ediblər. Nüvə sazişi üzrə komissiyanın növbəti iclası 6 aprel tarixində Vyanada keçiriləcək.(apa)

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı - Video
››› Krımda 2 azərbaycanlı saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »