Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni propaqandasının ruporu Müdafiə nazirliyindən getdi
Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan

Ermənistan Müdafiə nazirliyinin keçmiş sözçüsü, şöbənin kadrlar və hərbi-təhsil siyasəti baş idarəsinin təhsil şöbəsinin müdiri Artsrun Ovannisyan tutduğu vəzifədən istefa verib.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ovannisyan təxminən bir həftə əvvəl istefa ərizəsini yazıb.

İlkin məlumata görə, buna səbəb yeni müdafiə naziri Vaqarşak Arutyunyanla fikir ayrılığı olub.

Qeyd edək ki, Artsurun Ovannisyan ikinci Qarabağ müharibəsi dövründə Ermənistan vətəndaşlarına cəbhədəki döyüşlər barədə yalan məlumatlar verməsi ilə yadda qalıb. O, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarını tərk etməsini "takitiki geri çəkilmə" adlandırırdı.

Lakin sonradan Ovannisyanın yalanları üzə çıxdı. O, müharibədəki məğlubiyyətdən sonra vəzifəsindən istefa verdi. Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü sonra iddia etdi ki, naməlum şəxslər ona hücum edib.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »