Rusiyanın Vladimir vilayətindəki 2 saylı islah koloniyasında həbsdə olan Aleksey Navalnı, kəskin tənəffüs yoluxucu infeksiya əlamətləri ilə tibbi-sanitar hissəyə köçürülüb.
Virtualaz.org bildirir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Navalnı xəstəxanada koronavirus testindən də keçib. Ancaq onun yoluxub-yoluxmadığı ilə bağlı açıqlama verilməyib.
O daha əvvəlki açıqlamasında yüksək temperatur və şiddətli öskürək problemi olduğunu bildirmişdi.
Qeyd edək ki, A.Navalnı martın sonunda saxlanıldığı həbsxanada tibbi yardım tələbinin rədd edilməsindən sonra aclıq aksiyasına başlayıb.