Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftçalada 59 yaşlı kişi qohumu olan azyaşlıya təcavüz edib
Daxili İşlər Nazirliyi

Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar Neftçala Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb.

DİN Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib.

Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə üç aylıq həbs qətimkan tədbiri seçilib.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »