Qubada yanğın hadisəsi qeydə alınıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Təngəaltı kəndində meşəlik ərazidə yanğın baş verib.
Hazırda ərazidə Quba Rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikaları yanğının söndürülməsi istiqamətində işlər aparır.