Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə Paşinyanın Qasparyanla bağlı vəsatətini rədd etdi
Nikol Paşinyan

Ermənistanın İnzibati Məhkəməsi Baş nazirin nümayəndəsi Tatevik Saruxanyanın Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Onik Qasparyanla bağlı müvəqqəti qərarın ləğvi barədə vəsatətini rədd edib.

“Qafqazinfo” xəbər verir ki, qərara görə, məhkəmə son qərar çıxana qədər Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən çıxarılmasını qanunsuz hesab edir.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın iddia müddəasının ləğvi ilə bağlı vəsatəti rədd edilməlidir”,- deyə məhkəmənin qərarında bildirilib.

Daha əvvəl Ermənistan İnzibati Məhkəməsi Onik Qasparyanın son məhkəmə qərarı çıxana qədər Baş Qərargahın rəisi vəzifəsində qalmasına dair qərar qəbul etmişdi. Məhkəmə qərarında müvafiq inzibati akt olmadığı üçün Qasparyanın vəzifəsindən azad edilməsinin etibarsız sayıldığı bildirilib.

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »