Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsgəndər" qalmaqalı: "Nəticələr çox acı olacaq, Rusiya özü özünü belə bir vəziyyətə gətirib çıxardı"
"İsgəndər" qalmaqalı: "Nəticələr çox acı olacaq, Rusiya özü özünü belə bir vəziyyətə gətirib çıxardı"

Xəbər verdiyimiz kiimi, martın 15-də ANAMA tərəfindən Şuşa şəhərinin iki müxtəlif hissəsində təqribən bir-birindən 780 metr məsafədə iki ədəd partlamış raket qalıqları aşkar edilib. Raketlərə baxış zamanı üzərində olan 9M723 koduna görə bunun “İsgəndər” raketi olduğu müəyyən olunub. Şuşada tapılan bu raketlərin qalmaqalı görünür ki, hələ çox böyüyəcək və beynəlxalq müstəviyə ayaq açacaq.

“Çünki nüvə başlığı daşıya bilən, təhlükəli silahlar qrupuna daxil olan “İsgəndər”in kimə gəldi satılmasının özü hərbi cinayətdir”. Bu fikirləri Bizimyol.info-ya politoloq Eldar Namazov səsləndirib.

Eldar Namazov Eldar Namazov

“Adətən raketin içi boş olubsa, havada vurulubsa, yaxud özü özünü məhv edibsə, o yerə düşərkən açdığı krater 5-10 metr olur. O, deyilənə görə çox dəqiq silahdır. Şuşanın hədəf alınmış həmin hissəsində heç bir önəmli obyekt yoxdur. Niyə hədəf alınmışdı, məqsəd nə idi? Bəlkə hədəfdən yayınmışıd?

Ciddi və maraqlı suallar var. Ciddi sual budur ki, bu raketi İrəvana kim verib? Rusiya bu suala dünya ictimaiiyyəti və bizim qarşımızda cavab verməlidir. Çünki bu tipli raketləri sağa-sola paylamaq mümkün deyil. Bunu diqqətdə saxlamaq lazımdır. Bu bizi hesab soran tərəf edir. Maraqlı sual isə budur ki, raketlər niyə partlamdı. Paşinyanın dedikləri düz çıxdı. Bu prosseslə bağlı gələcəkdə hələ çox maraqlı məqamlar üzə çıxacaq. Buna əminəm.

“İskəndər” raketləri həmişə başıbəlalı raketlər olub. Hələ Sovet vaxtı ABŞ-la bu raketlərə görə fikir ayrılığı yaranmışdı. Öncəliklə onu deyim ki, bu silahlarıl hərbi arsenala daxil etməzdən öncə müxtəlif testlərdən keçirilər. Vuruş məsafəsini ölçmək üçün ayrı test, dəqiqlik üçün ayrı test, dağıdıcı gücü yoxlamaq üçün ayrı test edilir. Bütün testlər üçün zavod bir neçə boş təlim raketləri hazırlayır. Mənə belə gəlir ki, Rusiya Ermənistana təlim raketləri satıb.

2016-cı ildə bu raketlə bağlı Ermənistanda qalmaqal yarandı. Ermənilər özləri deyirdilər ki, onlara satılmış raketlər onlara verilməmiş, rusların sərəncamında saxlanmışdı. Ola bilsin ki, Ermənistan həbiçilərini hazırlaşdırmaq üçün təlim raketləri verilib, paradda da məhz bu raketlər nümayiş etdirilib. Əsl raketləri Rusiya verməyib, bunu etiraf etmək Rusiyanın imici üçün çox böyük zərbə olacaq. Amma nüvə başlığı daşıyan daşıyıcıların itməsi də bir başqa problemdir, bu balaca silah deyil, beynəlxalq qalmaqal yarana bilər.

İrana nüvə proqramlarına görə neçə illər sərt sanksiyalar tətbiq edildi. Belə bir daşıyıcının Ermənistan kimi məsuliyyətsiz, geridə qalmış dövlətə verilməsi qorxulu nəticələr yarada bilər. Nəticələr çox acı olacaq və Rusiya özü özünü belə bir vəziyyətə gətirib çıxardı. “İskəndər”i vaxtilə Kalininqradda yerləşdirəndə ABŞ, Almaniyada, Baltikyanı ölkələrdə narazılıq doğrudu, dedilər bu nüvə silahıyla birbaşa Berlini vurmaq olar. İndi məlum olub ki bu vacib nüvə silahını Rusiya sağa-sola paylayır. Ən biabırçısı da budur ki, milyoinlarla dollarlara satılan bu silahlar yararsılz vəziyyətdədir. Bütün hallarda Rusiya burdan necə çıxacaq maraqlıdır. Bu qaçaqmalçılıqla, hansısa iş adamının vasitəsilə Rusiyadan çıxarıla bilməzdi”- deyə Eldar Namazov bildirib.

Ekspertin fikrinə görə, Rusiyanın Gümrüdəki hərbi bazalarında “İskədər M” yerləşdiriblər. Sonra leqallaşdırmaq üçün onu guya Ermənistana satıblar. Ermənistan cəmiyyəti də arxayındır ki, bu silah onlardadır.

“Bir çox eskpertlər deyirlər ki, İskəndər E” ümumiyyətlə yoxdur. Bir tək Ermənistana verilib, o da atılanda məlum olub ki, M-dir. Ya da partlamr. Bu E-lər kağız üzərində var, realda isə onu hələ heç kim görməyib. Ağlı başında olan dövlət “İskəndər E”-ni almaz. Ondan ucuz qiymətə “Toçka U” almaq olar və.s. Növbəti həftlərdə Azərbaycan tərərfi bu məsələni yəqin beynəlxalq təşkilatlar arşısında qaldırıb, açıq qalan suallara cavab tapmağa çalışacaq”,- deyə o qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »