Rumıniya Ermənistanı yüksək epidemioloji riskli ölkələr siyahısına daxil edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Rumıniyadakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, Rumıniyanın yeni "sarı siyahı"sına Ermənistan da salınıb. Həmin ölkələrdən gələnlər özünütəcrid etməli, yaxud 14 gün ərzində karantində olmalıdırlar.