Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsillə bağlı məsələdə Təhsil Nazirliyi kənarda qaldı…
Təhsil Nazirliyi

Bir neçə gündür ki, Azərbaycanda bağçaların bağlanması ilə bağlı müəmma davam edir.

Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə məktəblərin aprelin 5-də bağlanacağı ilə bağlı qərar verilən gün Təhsil Nazirliyi bağçaların işləyəcəyini açıqladı. Növbəti gün isə bağçaların da məktəblər kimi aprelin 5-dən fəaliyyətini dayandıracağı ilə bağlı məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqlədi.

Aprelin 3-də isə təhsil naziri Emin Əmrullayev canlı yayımda aprelin 5-dən sonra da sözügedən şəhərlərdə bağçaların ənənəvi şəkildə fəaliyyətini davam etdirəcəyini vurğuladı.

Emin Əmrullayev Emin Əmrullayev

Lakin uşaqlarını səhər tezdən bağçaya aparan valideynlər tam başqa mənzərə ilə qarşılaşıblar. Bağlı qapı arxasında qalan uşaqlar və valideynlər arasında çaşqınlıq yaranıb. Təhsil eksperti Elçin Əfəndi Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Təhsil Nazirliyi bağçalara yalnız lisenziya verir və onun proqram təminatını verir.

“Bağçalar məsələsi birbaşa Təhsil Nazirliyinin tabeçiliyində olan məsələ deyil. Bağçaların böyük əksəriyyətinə nəzarət yerli İcra Hakimiyyətinin balansındadır və buna görə də demək olar ki, qərarı icra hakimiyyətləri verir. Təssüflər olsun ki, biz hər zaman müşahidə etmişik ki, təhsilə bağlı olan sahələr başqa-başqa qurumların tabeçiliyində olduğu üçün ziddiyyətli məqamlar yaranır. Təkcə bağçalar deyil, təhsilin müxtəlif pillələrində də biz bunu görürük. İstər orta ixtisat, istər ali təhsil, istərsə də orta ümumtəhsil müəssisəsində hər hansısa problem yarandıqda, Təhsil Nazirliyi qalır kənarda. Belə olduğu zaman ziddiyyətli məqamlar yaranır və bu, cəmiyyəti çaşdırır, ictimaiyyət arasında xautik vəziyyət yaradır”.

Ekspertin sözlərinə görə, bağçaların tabeliyinin İcra Hakimiyyətinə olması çox mənfi haldır.

“Məsələn, bağçalara direktor təyinatı zamanı icra başçısı kimi istəsə, onu da həmin vəzifəyə təyin edir. Ona görə də, icra başçısının hansısa tanışı, qohumu, bağça ilə əlaqəsi, biliyi olmayan şəxslər hazırda bağça müdiri kimi çalışırlar”.

Leyla Mirzə

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »