Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MN niyə tərxis olunan qazilərin müalicəsini təşkil edə bilmir: “Yoxlamalar keçirilməlidir”
Azərbaycan Respublikası Müdafiə Nazirliyi

”Ehtiyatda olanlar, yəni 20 il xidmətdə olan zabit, gizir və onların ailə üzvləri bizim təminatımızdadırlar”.

Bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.

“Hazırda xidmət edən hərbi qulluqçular və onların ailə üzvləri xərcləri ödəməklə bizim təminatımızdadırlar. Bəzən tərxis qazilərimiz şikayət edirlər ki, onlar hospitallarda müalicə olunsunlar. Bunu biz də istəyirik. Amma Azərbaycanın qanunlarına görə, biz onların müalicəsini təşkil edə bilmirik”.

“Firudin müəllim hərbi qulluqçuların statusu haqqında qanunun 13-cü maddəsinə sitat gətirib. Orada kimlərə pulsuz, kimlərə isə pullu tibbi yardımın olması barədə yazılıb”.

Bunu Bizimyol.info-ya açıqlaması zamanı hərbi ekspert Elçin Axundzadə bildirib. Onun sözlərinə görə, Zakir Həsənov bu qanunvericiliyi Milli Məclisə çoxdan göndərməli idi.

“Bu qazilər 44 gün müharibədə həyatlarını qoyublar, risk ediblər. Nolsun ki, həmin zabitlər 19-20 il xidmət etməyib? Bu adamlar qanunvericiliyə görə, gedib hosbitalda müalicə ala bilməzlər?.

Müdafiə Nazirliyində audit yoxlamalar keçirilməyi vacibdir. Necə ki, 2008-ci ildə Ali Baş Komandanın əmri ilə MN-də audit yoxlamalar keçirildi və maliyyə idarəsində ona yaxın maliyyəçi milyonerlər həbs olundu, çoxları isə oradan qovuldu”.

Ekspertin sözlərinə görə, 19-20 il xidmətedən elə insanlar var ki, onlar da şərlənərək xidmətdən uzaqlaşdırıldığı üçün bu güzəştlərdən yararlana bilmir.

“Təsəvvür edin ki, elə insanlar var ki, üç il Naxçıvanski adına məktəbi oxuyur, dörd il Rusiyada, Ukraynada, Belarusda xidmətdə olur, Sovetlər birliyində xidmət edir. Sonra isə hər şeyini atır və 90-cı illərdə gəlir Azərbaycana döyüşə. Bu kateqoriyaya aid olan şəxslər 19-20 il xidmət edirlər sonra isə bu adamlar şərlənərək, uyğunsuzluğa görə xidmətdən uzaqlaşdırılırlar. Belə olan halda bu hərbçilər və ailə üzvləri bütün güzəştləri itirirlər.

Bizim 44 günlük qələbəni bəzi dövlətlər və onların əlaltıları həzm edə bilmir. Müxtəlif təxribatlar törətməyə cəhdlər edirlər, xalq arasında narzılıq yaratmağa çalışırlar, kadrlı islahatları yarımçıq qoymaq, təmizləmə əməliyyatını ləngitməyə çalışırlar. Harınlamış, dövlətlə xalq arasında uçurum yaratmağa çalışan məmurlarında aqibəti əvvəlkilərinki kimi olacaq. Müharibə dövründə necə birlik nümayiş etdirmişdiksə, indi də davam etdirməliyik”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »