Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolqarıstanda "seçki alveri"
seçki

“Bolqar analitik Nikola Tuleçki ölkəsinin seçki xəritəsini 5 barmağı kimi tanıyır. Tuluza Universitetinin məzunu olan bu insan ölkəsindəki seçki anaomaliyalarını tədqiq edib və qalmaqallı məlumatlarla qarşılaşıb.Bu ölkədə səslər satın alınır”- deyə məşhur Le Monde qəzeti yazır.

“Avropa İttifaqının ən kasıb ölkəsində seçicilər seçkiləri gözləyirlər ki, öz səslərini satsınlar. Onlara fərqi yoxdur kimə. Ən çox hansı partiya pul verəcək, səslər də onlara satılacaq. Hətta, müəyyən qiymət də var. 2014-cü ildə bir səs 15-25 avroya satılırdı. 2019-cu ildə yerli seçkilərdə qiymətlər üçqat bahalaşdı. Növbəti seçkilərdə səslərin satılması da inflyasiyaya uyğun hesablanacaq və daha baha olacaq” deyə Demokratiyanın Öyrənilməsi Mərkəzinin analitiki Tixomir Bezlov qəzetə bildirib.

Belə seçki üsulu həm seçkilərdə daha vararlı partiyaların udmasına, həm də gəlir əldə edilməsinə səbəb olur. Bolqarıstan qanunlarına əsasən, 1 fazidən çox səs toplamış hər partiya hər seçicisinə görə dövlətdən 8 lev ( 4 avro) alır. Demoqrafik problemlər yaşayan bu ölkədə hər səs həlledici rol oynayır. Belə baxanda pis alver deyil. Hər seçicidən səsini 15 dollara al, dövlətdən də bunun üçün 4 avro tələb et.

Bu nəzarətedilən seçkidir. Bir də nəzarətdən kənar seçki qaydaları var ki, əsas anomaliya da bu hesab olunur. Idarə rəhbərləri öz işçilərinə müəyyən şəxslərə səs verməyi tələb edirlər.Bu da ölkədə korrupsiyanın çiçəklənməsinə səbəb olur. Belə ki, iş adamları olan gələcək parlamentarilər seçilməsələr müqavilə bağlamayacaqları ilə təhdid edirlər, idarə rəhbərləri də işçilərindən həmin şəxsə səs verməyi tələb edirlər.

Bolqarıstanda Azərbaycanda mövcud olan seçki saxtakarlığının bir qədər demokratik və leqal növü yaşanır. Azərbaycandan öyrəniblər, amma daha yaxşı versiyada tətbiq edirlər. Bizim ölkəmizdə də seçkilər saxtakarlaşdırılır. Həm də insanlara əxlaq dərsi verənlərin iştirakıyla. Ortada isə əhaliyə 5 manat-filan qalmır. Müəyyən məbləğlər kimlərinsə cibinə gedir. Seçilmək istəyən pulunu verib "seçilir", oturur istədiyi yerdə. Seçkilərə millətin cibindən kəsilərək büdcədən xeyli pul ayrılır. Sonra seçilən də deyir ki, “məni sizmi seçmisizniz sizin səsinizi eşidim?” Azərbaycanda sadə seçicinin seçki prosesindən anladığı şey bu olur: "Aldım qoz, satdım qoz, mənə qaldı şıqqıltısı".

İlhamə Rəsulova

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »