Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə səfiri: “Minalarla bağlı məsələdə də Azərbaycana hər cür dəstək veririk”
Erkan Özoral - Səfir

“Hər sahədə olduğu kimi, biz minalarla bağlı məsələdə də Azərbaycana hər cür dəstək verməyə davam edəcəyik”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Səfir qeyd edib ki, Ermənistanın mina xəritələrini bu günə qədər Azərbaycana verməməsi beynəlxalq hüquqa ziddir: “Bu xəritələrin ən qısa zamanda verilməsini tələb edirik. Digər tərəfdən, Türkiyə olaraq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün də Azərbaycana dəstək veririk. Hazırda ərazidə türkiyəli mina təmizləyənlər də var. Onlar azərbaycanlı qardaşları ilə birlikdə həmin bölgələrin yaşayışa açılması üçün çalışırlar. Həm Türkiyədə, həm Azərbaycanda minatəmizləyənlərin yetişdirilməsi üçün də dəstək veririk”.(apa)

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »