Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna müharibə astanasında: Zelenski Ərdoğanla görüşəcək
Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Donbassda vəziyyətin kəskinləşməsi, Rusiyanın sərhədə qoşun cəmləşdirməsi və irimiqyaslı müharibə riskinin artması fonunda Türkiyəyə səfər edəcək.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Zelenskinin Ankaraya səfəri aprelin 10-da baş tutacaq.

Ötən gün aprelin 4-də isə Zelenski xanımı ilə birlikdə Qətərə rəsmi səfərə gedib. Qətər regionda Türkiyənin mühüm müttəfiqidir. Gözlənilir ki, tərəflər siyasi, ticarət-iqtisadi, investisiya əməkdaşlığını və hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edəcəklər.

Ukrayna prezidentinin Türkiyəyə səfərinin proqramı hələ açıqlanmır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verir, Krımı Ukrayna ərazisi kimi tanıyır və bu ölkə ilə sıx hərbi-texniki əməkdaşlıq qurub. Bəlli olduğu kimi Ukrayna Türkiyədən “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin iri partiyasını alıb, habelə bu təyyarələrin birgə istehsalı barədə razılıq əldə olunub.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »