Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çingiz Abdullayevin Pen-Klubu cərimələnib
Çingiz Abdullayev

Xalq yazıçısı Çingiz Abdullayevin Pen-Klubu cərimələnib.

“Report”un əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol Səbail Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Pen-Kluba məxsus avtomobilin törətdiyi inzibati xəta elektron cihazlar vasitəsilə qeydə alınıb. DYP avtomobili idarə edən sürücüyə inzibati protokol tərtib edilməsi üçün şəxsin kimliyi ilə bağlı təşkilata sorğu göndərib.

“Pen-Klub” sorğuya qanunvericilikdə nəzərdə tutulmuş müddətdə (5 gün ərzində) cavab vermədiyinə görə, təşkilat barədə ptorokol tərtib edilib. Bu inzibati xətaya görə, 300 manat cərimə nəzərdə tutulub.

"Beynəlxalq Pen Təşkilatı - Azərbaycan Pen-Klubu" 1994-cü ildə qeydiyyatdan keçərək fəaliyyətə başlayıb və qurumun prezidenti Xalq yazıçısı Çingiz Abdullayevdir.

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »