Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünümüdafiə nazirlikləri
Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Müsafiə Nazirliyi də dönüb olub Özünümüdafiə Nazirliyi. Öz ünvanına bir balaca tənqid eşidən kimi, ya dərhal təkzib etməyə çalışır, ya da qaçıb "yuxarı"ya şikayət edir.

Adam, bur dayan, bir dur. Dərindən bir nəfəs al, bir səbrini bas. Əvvəlcə araşdır, gör, bəlkə həqiqətən də qazilər öz pullarına müalicə alır?!

Çox illər öncə bir məşhur qəzet: "Nə bilir ki, nə danışa?!" deyə bir "məşhur" siyasətçidən müsahibə "embarqo"su qoyanda bir məşhur jurnalist (Zamin Hacı) öz köşəsində qəzetə satirik xitabda bulunmuşdu: "Müsahibə al da. Bəlkə Bin Ladenin yerinin deyəcək?!" ) Sonralar o "embarqo" götürüldü, Bin Laden də tapıldı. Daha bilmədim ki, bu iki hadisənin bir əlaqəsi var, ya yoxdur?! ) Demək istədiyim odur ki, adında "müdafiə" sözü olan nazirliklər bu sözə çox da taxılmasın. Özünümüdafiəyə keçməzdən qabaq bu məsələləri araşdırsınlar. MN-nin Hərbi Hospitalında qazilərə problem yaşadılması haqqında Milli Məclisdə məsələ qaldırılan kimi Nazirlik dərhal təkzib etdi. Ancaq, məncə, MN operativ qaydada təkzib etmək əvəzinə bir komissiya yaratmalı, daxili inspeksiyanı işə salıb bunu ətraflı araşdırmalı idi. Bu, nə qeyri-peşəkar yanaşmadır ki, bir tənqid səslənən kimi dərhal təkzib olunur. Heç olmasa, formal da olsa, araşdırmaq üçün özünüzə zaman və imkan verin, yoldaş cənablar!

Əslində bu davranış başqa qurumlara da aiddir; ünvanına bir irad eşidən kimi: "Bizi işləməyə qoymurlar" deyə şikayətə qaçır, ya da dərhal "kiş-kişləyir".

Bizimyol.info

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »