Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İskəndər" böhranı: "Sülhməramlı işğalçılar" Qarabağdan çıxarılacaqmı...
İsgəndər raket kompleksi

Almaniyanın və Fransanın xarici işlər nazirlərilər Ukrayna ilə bağlı bəyanat veriblər. Deyiblər:

"Vəziyyəti, xüsusən də Rusiya qoşunlarının hərəkətlərini çox yaxından izləyirik və tərəfləri təmkinli olmağa və gərginliyi dərhal azaltmağa çağırırıq. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimizi təsdiqləyirik."

Müttəfiqləri Ukraynanı səbrli olmağa çağırdı, amma Türkiyə bizi "səbrsiz olmağa" çağırmışdı.

Deyirlər, hadisələri izləyirik. Əlbəttə, izləyəcəksiniz. Moskvadakı, Kiyevdəki səfirlərinizə, hərbi attaşelərinizə havayı maaş vermirsiniz ki. İzləməyə qalsa, mən də Ukraynadakı hadisələri diqqətlə izləyirəm. Ancaq nə Almaniyayam, nə Fransa. Avropa İttifaqının lokomativi olan dövlətlər təkcə hadisələri izləməklə kifayətlənməməlidir, ərazisi işğala məruz qalmış Ukraynanın yanında olmaq lazımdır. Türkiyə bizə elə deməmişdi; xarici işlər naziri Mövlut Çavuşoğlu demişdi ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, lazım gəlsə, tək dövlət kimi davranacağımızdan kimsənin şübhəsi olmasın. Lazım da gəldi. Dediklərini etdilər.

Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Amma əvvəlcə öz ərazi bütövlüyümüzə dəstək verməliyik; Qarabağda rusların "sürünən ilhaq" siyasətinə son qoymaq lazımdır. "İskəndər" böhranı" Qarabağdan "sülhməramlı işğalçıları" çıxarmaq üçün tutarlı əsasdır. "Hücum diplomatiyası" dediyimiz hər nədirsə, indi əsl yeri və zamanıdır.

Bizimyol.info

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »