Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolqarıstanın baş naziri: "Bugünkü parlament seçkiləri ən bahalı səsvermələrdir"
seçki

Bolqarıstanın baş naziri Boyko Borisov bu gün keçirilən parlament seçkilərini ölkə tarixində ən bahalı səsvermələr adlandırıb.

“Report” xəbər verir ki, bu barədə "Ridus" yazıb.

Baş nazir səsvermədə iştirak edənlərin hamısına təşəkkür edib, amma seçkilərin yüksək xərcini xüsusi qeyd edib. O, bildirib ki, seçkilər Bolqarıstana demək olar, 75 milyon avroya başa gəlib.

"Bu, ən bahalı seçkilər oldu, təxminən 50 milyon şir (25 milyon avro) vaksinlərə xərcləndi, 50 milyon şir də səsverməyə", - baş nazir deyib.

Borisov "Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda" Partiyasını təmsil edir.

Sorğular göstərir ki, hazırkı baş nazirin partiyası hakimiyyətdə qalmaq üçün bütün şanslara malikdir. Səsvermədə 22 partiya, 8 koalisiya və müstəqil namizədlər iştirak edirlər. Bolqarıstanda seçki məntəqələri yerli vaxlta saat 20:00-da bağlanacaq.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »