Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 5 aprel, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 5 aprel, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Tələsməyə ehtiyac yoxdur. Bu gün bir çox hallarda yaxşı nəticələr əldə etmək üçün bir şans olacaq, lakin tez qazanmaq nadir hallarda mümkündür. Üstəlik, daha təcili işlərin ortaya çıxması səbəbindən bəzi planlaşdırılmış işlər təxirə salınmalıdır. Hər kəs təlaşdan qaça bilməz. Nə olursa, olsun, özünüzü itirməməyə çalışın. Ciddi qərarlar və düşünülmüş hərəkətlər hədəfə aparacaq.

Gün həm işgüzar, həm də şəxsi məsələləri müzakirə etmək üçün əlverişlidir. Ortaq məqsədlərlə birləşən insanlar yaxşı münasibət quracaqlar və hər mövzuda razılığa gələ biləcəklər.

Qoç - Ünsiyyət üçün uğurlu gündür. Çox fərqli insanlarla münasibət qurmağı bacaracaqsınız, bu yaxınlarda tamamilə əlçatmaz görünən bir adama da uyğun yanaşma yolu tapacaqsınız. Bir çox Qoçlar üçün intuisiya köməkçiyə çevriləcək: Bunun sayəsində bürcün nümayəndələri səhvlərdən yayına biləcəklər. Anlaşılmaz vəziyyətlərdə düzgün qərarlar verəcəklər.

Günün ikinci yarısı uğurlu təsadüflərlə sevindirəcək. Bu təsadüflər sayəsində əvvəllər düşüncənizi təqib edən mürəkkəb suallara cavab tapa biləcəksiniz. Xüsusilə sizin üçün əziz olan insanlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Köhnə narazılıqlardan əsər-əlamət qalmayacaq.

Buğa - Ciddilik və kiçik detallara diqqət tələb edən işlərdə uğur əldə edəcəksiniz. Heç nəyi gözdən qaçırmayacaqsınız, hər xırda detalı nəzərə alacaqsınız. Çox vaxt başqalarının səhvlərini görürsünüz, onları aradan qaldırmağın yollarını bilir və təklif edirsiniz. Sizin sayənizdə bir çox insanlar ciddi problemlərdən qaçmağı bacarırlar.

Xoş görüşlər gpzlənilir. Bəzi Buğalar son vaxtlar darıxdıqları insanlarla söhbət edə biləcəklər. Gün köhnə əlaqələri bərpa etmək, köhnə tanışlarla bir araya gəlmək üçün əlverişli olacaq.

Əkizlər - Bürcün bəzi ümayəndələri düşüncələrini toparlamaqda çətinlik çəkəcəklər. Bu gün bəzi Əkizlər düşüncəsizlik nümayiş etdirə bilərlər, bəziləri isə işdə diqqətlərini cəmləyə bilməyəcəklər və buna görə məyusedici səhvlərə yol verə bilərlər. Ciddi problemlər yaranmayacaq, ancaq bir neçə xoşagəlməz məqamlardan keçməli olacaqsınız. Sizi sevindirəcək məqam sevdiklərinizin dəstəyidir; hər məsələdə onlara etibar edə bilərsiniz.

Sevdiyiniz bir adamla münasibətlərinizdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Onu xoş sürprizlərlə sevindirmək üçün bir fürsət olacaq və bunu qaçırmayacaqsınız. Dərhal razılıqla cavab vermək istədiyiniz təkliflər istisna deyil.

Xərçəng - Narahat gündür. Amma ümumən pis gün deyil. Düzgün prioritet seçmək vacibdir. Bunu bacarsanız, xırda məsələlərə vaxt itirməyəcəksiniz, xırdalıqlara görə əsəbiləşməyəcəksiniz, bütün səylərinizi ciddi hədəflərə yönəldə biləcəksiniz.

Başqaları ilə ümumi dil tapmaq həmişəkindən daha asan ola bilər. İndi bir çox insanlar sizi mükəmməl başa düşəcəklər. Günortadan sonra xoş ailə hadisələri vəd olunur. Eyni zamanda, yaxın bir adam haqqında xoş xəbərlərin gəlməsi ehtimalı böyükdür. Son vaxtlar sizi ciddi şəkildə narahat edən problemi həll etmək mümkün olacaq.

Şir - Səhər fikirlərinizi cəmləmək çətin ola bilər. Ciddi işlər üçün yaxşı vaxt deyil. Düşüncələriniz həmişəkindən daha dağınıq olacaq, bəzi işləri başa çatdırmaq çətinləşəcək. Vaxt keçdikcə müsbət tendensiyaların təsiri artacaq, uğur qazanmaq asanlaşacaq.

Günortadan sonra daha əvvəl başa çatdıra bilmədiyiniz işi bir neçə saat ərzində tamamlaya biləcəksiniz. Bir çox Şirlər tərəfdaşların köməyinə ehtiyac duyacaqlar. Həmfikirlərdən ibarət bir komanda toplamaq asan olacaq, çoxları sizinlə işləməyə hazırdır.

Qız - Məlumatların toplanması və təhlili ilə bağlı hər hansı bir fəaliyyət üçün əla gündür. Heç nə diqqətinizdən qaçmayacaq, heç bir detal nəzərlərinizdən yan keçməyəcək. Düzgün nəticələr çıxaracaqsınız, heç kim sizi çaşqın sala və səhv qərar verməyə məcbur edə bilməyəcək. Mükəmməl işgüzar ideyalarınız ola bilər.

Maddi çətinliklər yarana bilər. Müvəqqəti olduqları dərhal aydın olacaq və həyəcan üçün ciddi səbəblər olmayacaq. Təxribata təslim olmayın, düzgün qərarlar verin. Bəzi Qızlar sonradan gəlir mənbəyinə çevriləcək sövdələşmələr bağlayacaqlar.

Tərəzi - Yeni işlər götürməyə uyğun gələn gündür. Hədəfə qısa yolu tapacaqsınız, istənilən nəticəni əldə etmək üçün nə edəcəyinizi edəcəyinizi anlayacaqsınız. Dostlar həvəslə sizə kömək edəcəklər, bəzən onlardan bu barədə xagiş etmək də lazım deyil.

Çoxlarında xoş təəssürat yaradırsınız. Uzun bir dostluğun və ya gözəl bir romantik hekayənin başlanğıcını qoyacaq tanışlıqların məhz bu gün baş tutması mümkündür. Münasibətlərlə bağlı hər şeydə intuisiyanıza etibar etməlisiniz.

Əqrəb - Asan gün deyil. Birinci yarısında ən az gözlədiyiniz yerdə çətinliklər yarana bilər. Bu səbəbdən bəzi işlər yarımçıq qalacaq. Xoşbəxtlikdən çətin saatlar uzun çox olmayacaq. Planların dəyişdirilməsi lazım ola bilər; buna görə məyus ola bilərsiniz. Zaman ötdükcə müsbət tendensiyaların təsiri artacaq.

Günün ikinci yarısı maraqlı fürsətlər açacaq, bəzi cəsarətli planları reallaşdırmaq şansı verəcək. Çevik hərəkət etmək vacibdir. Buna görə də boş söhbətlərə vaxt itirməyin, uzun mübahisələrdən qaçmağa çalışın.

Oxatan - Çevik hərəkət etməyə çalışarsanız, bir çox işlərin öhdəsindən gələ biləcəksiniz, heç nəyi sonraya təxirə salmayın. Uğurlu təsadüflər, bəzi xoş hadisələr və xoş xəbərlər mümkündür. Ulduzlar sizi dəstəkləyir; bundan maksimum yararlanmağa çalışın.

Bir çox Oxatanlar əvvəllər qazandıqları biliklərdən faydalanacaqlar. Mümkündür ki, bürc təmsilçiləri rəqiblərini çox geridə qoysunlar. Daha əvvəl ortaq dil tapmaqda çətinlik çəkdiyiniz insanlarla münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşıya doğru dəyişəcək. Əvvəllər düşündüyünüzdən daha çox tərəfdaşınızın olduğunu anlayacaqsınız.

Oğlaq - Günün əvvəlində ciddi olmağa çalışın. Bu zaman bir az yüngül davransanız, sonradan peşman olacağınız bir söz deyə və ya hərəkət edə bilərsiniz. Vaxt keçdikcə müsbət tendensiyaların təsiri artacaq, şanslı olma ehtimalınız çoxalacaq, həyat asanlaşacaq. Əvvəllər ciddi qəbul etmədiyiniz cəsarətli bir planı həyata keçirmək mümkün olacaq.

Pul gəliriniz ola bilər. Alınan vəsaiti xərcləməyə tələsməyin. Daha sonra vacib bir iş üçün əlverişli vəsaitə çevriləcək, böyük bir alışa və ya müvəffəqiyyətli bir investisiya yatırımına imkan verəcək.

Dolça - Gün gərgin, lakin uğurlu keçəcək. Unutmayın, düşünmək üçün vaxtınız az ola bilər. Çevik qərarlar verməli və sürətlə hərəkət etməlisiniz. Xoşbəxtlikdən ətrafda məsləhətləşə biləcəyiniz insanlar var; başqasının təcrübəsi bu zaman faydalı olacaq.

Gün şəxsi münasibətlər baxımından əlverişlidir. Sevdiklərinizi mükəmməl başa düşəcəksiniz. Xoş sürprizlər ola bilər. Vaxtilə çox ümid bəslədiyiniz bir fikrə qayıtmaq şansınız olacaq. Bu dəfə həyata keçirmək mümkün olacaq və hamı razı qalacaq.

Balıq – Böyük, məhsuldar bir gündür. Bir çox məsələlərdə yaxşı nəticələr əldə edə, bəzi cəsarətli planları həyata keçirə biləcəksiniz. Bir çox cəhdləriniz uğurlu olacaq. Özünüzdən əmin olmağınız, başlamağınız işə sadiq qalmağınız və köhnə tanışların təklif edəcəyi köməyi qəbul etməyiniz lazımdır.

Gözlənilməz mənbələrdən pul gəlirini ola bilər. Köhnə borclarınızın sizə qaytarılması və ya əvvəllər gördüyünüz işlərin haqqının ödənilməsi mümkündür. Bəzi Balıqlar yeni peşəkar perspektivlər açan cazibədar təkliflər alacaqlar.

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »