Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya öz ordusuna nəzarət edə bilmirsə, Azərbaycan özünü qorumalıdır"
Şuşa şəhəri

Aprelin 2-də Azərbaycan Minatəmizləmə Agentliyi ötən il aktiv əməliyyatlar dövründə Azərbaycanın Şuşa şəhərinə atıldığı güman edilən Rusiya istehsalı “İsgəndər” raketlərinin qalıqlarını nümayiş etdirib. Martın 15-də əməkdaşlar tərəfindən Şuşa şəhərinin iki müxtəlif hissəsində təqribən bir-birindən 780 metr məsafədə iki ədəd partlamış raketin qalıqları aşkar edilib. Qalıqlar "İskəndər-M" raketlərinə aiddir.

Maralqıdır ki, Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, “İskəndər”in atılmasından Rusiyanın xəbəri yoxdur. Belə çıxır ki, dövlət ordusuna nəzarət etmir və ya ordudakı generallar sərbəst şəkildə istənilən silahı istənilən dövlətə ötürüb beynəlxalq təhlükə yarada bilərlər?!

Siyasi şərhçi Əhməd Əlili Bizimyol.info-ya bildirib ki, Peskovun bu çıxışı Azərbaycana sülhməramlılarla bağlı yeni qərarlar almaq hüququ verir.

Əhməd Əlili Əhməd Əlili

“Sülhməramlıların Dağlıq Qarabağda fəaliyyətinin hər hansı bir mandatı yoxdur. İki prezident arasında sadəcə siyasi razılıq əldə edilmişdi. Bu müddət ərzində də onlar bitərəf mövqe sərgiləmədilər. Sülhməramlıların atdıqları bütün addımlar Azərbaycan tərəfi ilə razılaşdırılmamışdı. Orada Rusiyanın apardığı humanitar siyasət adı altındakı tikinti işləri, yüksək rütbəli zabitlərin bölgəyə mütəmadi səfərləri Azərbaycana bu sazişi pozmaq hüququ verir.

Peskovun şərhindən belə çıxır ki, orduda nəzarətlə bağlı problem var. Silahın Ermənistana necə düşdüyünü bilmirər, Ermənistana yaxın generallar özbaşına hərəkət edirlər. Ordu dövlətə tabe olan güclü bir qurumdur. Bu belədirsə, təhlükə olduğunu düşünməyə əsasımız var.

Raket qalıqlarının Şuşada tapılması vacib məsələdir. Şuşaya düşmək çox çətin bir prosesdir. Raket qalıqları əraziyə sonradan gətirilibsə, niyə və hansı məqsədlərlə gətirilib? Bu özü də vacib sualdır. Raket Şuşada peyda olubsa, onda Ermənistanda elə rəsmilər var ki, onlar orduya nüfuz edə bilirlər. Onda Ermənistanın daxilindəki prosseslərə Azərbaycanın müdaxilə etməsinə ehtiyac var - əgər Rusiya həqiqətən xəbərsizdir və bizimlə dostluq əlaqələrini yüksək səviyyədə saxlamaq istəyirsə. Azərbaycana “İskəndər-M” atılıbsa, Azərbaycan öz təhlükəsizliyini qorumaq üçün Türkiyə, ABŞ, NATO və digər dövlətlərdən hərbi texnoloji yardım almalıdır ki, Rusiyanın nəzarət edə bilmədiyi hərbi qruplardan özünü qorusun. Bu sülhməramlıların Qarabağda qalması məsələsini də şübhə altında qoyur. Rusiya mərkəzi hökuməti orduya və hərbi qüvvələrə nəzarət edə bilmirsə, sülhməramlıların qalma müddətinin müzakirəsinə başlanmalıdır, onların Azərbaycandan çıxarılması Rusiya- Azərbaycan münasibətlərinin gələcəyinə daha yaxşı təsir göstərər”,- deyə ekspert bildirib.

O qeyd edib ki, Qarabağda Azərbaycanın qələbəsi regiondakı bütün proseslərə yeni təkan vermiş oldu, Türkiə və onun hərbi texnikasının nüfuzu daha da artdı. Türkdilli dövlətlər arasında münasibətlər yenidən formalaşır, yaxın Şərqdə sülh uğrunda mübarizə yeni formata keçir, dronlardan istifadə genişlənir, Ukrayna Rusiyaya qarşı öz ərazilərini qorumaqda böyük iradə göstərir.

“Nəticələr o qədər böyükdür ki, bu qələbənin nəticələrini dərk və həzm etmək üçün zaman lazımdır. Bundan sonra daha fərqli məqamlar da üzə çıxacaq. 26-27 fevralda bizim "İskəndər"lə bağlı iddalarımız sərt deyildi, indi qalıqlar tapılıb və biz daha qəti addımlar atmalıyıq. Azərbaycana atılan çoxsaylı raketlər müzakirə olunmalıdır, Ermənistan o qədər də bacarıqla raket ata bilmirdi və bu raketlərdn biri hətta Dağıstanın kəndinə düşümüşdü. Ona görə, prezidentlər Putin və Əliyevin müzakirə edəcək çox mövzusu var. Laçın dəhlizinə nəzarət artırılmalıdır, Rusiya bunun qarantını verə bilmirsə, Azərbaycan Türkiyə və digər müttəfiqləri ilə özünü müdafiə etmək üçün addımlar atmalıdır”.

İlhamə Rəsulova

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »