Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreş bütün ölkələri Minalar Əleyhinə Konvensiyaya qoşulmağa çağırdı
Antoniu Quterreş

Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günü münasibəti ilə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatı yayılıb.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Beynəlxalq Mina Təhlükəsi üzrə Maarifləndirmə və Mina Aksiyasına Dəstək Günündə minaların səbəb olduğu təhlükələrə qarşı maarifləndirmə işlərində gördüyümüz işləri nəzərdən keçiririk və minasız dünyaya nail olmaq öhdəliyimizi bir daha bəyan edirik.

Bəyanatda qeyd olunur ki, Minalar Əleyhinə Konvensiyaya 160-dan çox dövlət qoşulub: “Bu konvensiyaya qoşulmayan ölkələri ləngimədən qoşulma qərarını verməyə çağırıram. Minalar, partlayıcı maddələrin qalıqları, əldəqayırma partlayıcı qurğular həssas təbəqəyə aid olan insanlara, məcburi köçkünlərə, məhrumiyyətlərə məruz qalmış insanlara və uşaqlara daha çox təsir edir. Onlar dinc həll yollarını çətinləşdirir, humanitar yardımlara əngəl yaradır, eləcə də dayanıqlı və inklüziv inkişafa mane olur. Təəssüf ki, bəzən minaların təmizlənməsi sahəsində əldə etdiyimiz irəliləyiş puça çevrilir. Bununla yanaşı, minaların törətdiyi təhlükəyə dair təkcə maarifləndirmə və təbliğat işləri ilə kifayətlənə bilmərik. BMT Nizamnaməsi bizdən bu işi tamamlamağımızı tələb edir: bu öldürücü qurğuları axtarıb, təmizləyib və məhv etməyimizi. Gəlin, bu onilliyi bu problemlə mübarizə aparmalı olduğumuz sonuncu onillik edək”.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
Son xəbərlər
Bütün xəbərlər »