Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Heç kim şərdən sığortalanmayıb”
Baş Prokurorluq

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham verilib,barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə başçısı təyin olunandan sonra Aparat rəhbəri Rasim Quliyev vəzifəsindən azad edilərək, Xarici əlaqələr departamentinə sədr təyin olunub.

Rasim Quliyev Rasim Quliyev

Bir sıra xəbər saytlarında yayılan məlumata əsasən, Rasim Quliyev 2018-ci ildə bu vəzifədə olarkən Hacıbala Abutalıbovun bütün "qara işlərini" həyata keçirən şəxs olub. İddia olunur ki,Hacıbala Abutalıbovun “qara kassası”, Rasim Quliyevin şəriki Zülfəli İsmayılovun həbs olunması an məsələsidir. Söhbət keçmiş Baş prokuror Zakir Qaralovun kirvəsi, Bakı meriyasında uzun illər tikinti-söküntü işlərinin rəhbəri, hazırda meriyada Nəzarət-Təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovdan gedir. Quliyev “Səs” qəzetinin təsisçisi və baş redaktoru Bəhruz Quliyevin qardaşıdır. Bəhruz Quliyev qardaşının həbsi ilə bağlı xəbərlərə belə münasibət bildirib:

Bəhruz Quliyev Bəhruz Quliyev

“İki gündür mən də ürəyim, idealım, canım, qardaşım Rasim Quliyevin həbsinə görə şokdayam. İnanmazdım ki, bu qədər ləyaqətli, təmiz, gözütox, imanlı, vətənpərvər, dövlətçi, nümunəvi bir insan həbs olunar və həm də dövlətçilik naminə heç bir xidməti nəzərə alınmadan. Tanıyanlar bilir ki, biz 90- cı illərin Xalq hərəkatından gəlmişik, dövlətçilik uğrunda çox çətinliklər, türmələr görmüşük ancaq nəfsimizə görə ittihamı qəbul etmirik. Amma heç kim şərdən sığortalanmayıb. Mən bu həbsin detalları və məzmunu ilə tanışam. Əminəm ki, tezliklə əsl cinayətkarlar ortaya çıxacaq, haqq ədalət öz yerini tapacaq. Hamının ürəyi sakit olsun ki, biz nə rüşvəxor, nə də korrupsioner deyilik. Tezliklə Rasim Quliyev sizlərlə olacaq, İnşallah! Mən qardaşımla fəxr edirəm!”.

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »