Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə nazirinin müavini: “Kollektiv immunitet yaransa, biz COVİD-19 bəlasından xilas olacağıq”
Viktor Qasımov

"Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində yeni növ koronavirus infeksiyasını (COVİD-19) idarə olunan səviyyədə saxlanan səviyyədə saxlamaq mümkün olub".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

Nazir müavini deyib ki, xəstəliklə mübarizədə effektiv üsul peyvəndləmədir: "Bunun üçün ölkəyə peyvənd materialları gətirilməlidir. Bunun üçün ölkədə həm ikitərəfli, həm də multiplatforma çərçivələrində addımlar atılıb. Artıq Çin istehsalı olan peyvəndlər ölkəyə gətirilib. Bu gün isə COVAX platforması çərçivəsində “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) gətrilib. Bu, ilk partiyadır. Əhalimiz nə qədər tez peyvənd olunsa, kollektiv immunitet yaransa, biz bu COVİD-19 bəlasından o qədər tez xilas olacağıq”.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »