Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə FETÖ-ya qarşı əməliyyat, 265 hərbçi saxlanılıb
Türk polisi

Türkiyə Silahlı Qüvvələri (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirib.

“Report” xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 93 hərbçi saxlanılıb.

Onlardan 25-i həbs edilib, 3 nəfər barəsində hələ də araşdırma aparılır. Saxlanılması barədə qərar verilən daha 22 nəfərin axtarışları davam edir. Saxlanılanlardan 22-si terror təşkilatının fəaliyyəti ilə bağlı təhlükəsizlik qüvvələrinə geniş məlumat verib.

Daha bir əməliyyat İzmir Baş Prokurorluğu tərəfindən ölkənin 53 vilayətində keçirilib. Martın 23-də başladılan əməliyyatlarda indiyədək 184 hərbçinin saxlanılması barədə qərar verilib. Bu şəxslərdən 172-i saxlanılıb ki, onlardan 123-ü hazırda hərbçi işləyir.

Saxlanılanlardan 41-i həbs edilib, 92-i isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Digər şübhəlilərin axtarışları davam edir.

Paylaş »
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »