Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qalatasaray" səfərdə darmadağın oldu
Galatasaray

"Qalatasaray" klubu Türkiyə Super Liqasının XXXII turunda məğlubiyyətə düçar olub.

"Report" xəbər verir ki, "sarı-qırmızılar" səfərdə "Hatayspor"a böyük hesabla uduzub - 0:3. Qolları Mame Biram Diuf 21-ci və 72-ci, Ruben Ribeyro isə 29-cu dəqiqədə vurub.

Qonaq komandanı oyuna, baş məşqçi Fatih Terim və Ümit Davala cəzalı olduqları üçün Levent Şahin çıxarıb.

Beləliklə, son 5 matçda 3-cü və ardıcıl 2-ci məğlubiyyətlə üzləşən "Cim Bom" 31 oyundan 61 xalla 2-ci pillədə qalıb və çempionluq yolunda ağır məğlubiyyət alıb. "Hatayspor" isə xalını 49-a yüksəldib və 6-cı yerdə qərarlaşıb. Turnir cədvəlinə 29 oyundan 64 xala malik "Beşiktaş" başçılıq edir. "Fənərbağça" isə 30 oyundan 59 xalla 3-cüdür.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »