Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan müxalifəti bölgələrdə aksiyalara başlayır
Ermənilərin  etiraz aksiyası - Moskva

Ermənistan müxalifətinin birləşdiyi "Vətənin qurtuluşu hərəkatı" bölgələrdə aksiyalara başlayır

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə hərəkat “Facebook”da məlumat yayıb.

Qeyd edilib ki, hakim "Mənim addımım" parlament fraksiyası Konstitusiya və qanunvericilikdən irəli gələn öhdəliklərini yerinə yetirmir, deputatlar xain hökumətin, şəxsən Nikol Paşinyanın əlində "düymə basana" çevriliblər.

Bu gündən hərəkat Dəmirçyan küçəsini boşaldacaq, lakin regional səfərlərdən sonra Baqramyan-Dəmirçyan küçələrinə qayıtmaq niyyətindədir. Müxalifətçilər insanları icmalarda təşkilatlanmağa, küçələrə çıxmağa və hərəkatın iclaslarında və toplantılarında fəal iştirak etməyə çağırıblar.

İlk görüş aprelin 6-da Sevan şəhərində olacaq.

Bundan əvvəl hərəkatın liderlərindən biri və "ARF Daşnaksütyun"un nümayəndəsi İşxan Saqatelyan müxalifətin ilk mərhələdə bölgələrdə görüşlər keçirəcəyini, insanları genişmiqyaslı etiraz aksiyalarına səfərbər etməyə çalışacağını söyləyib. O bildirib ki, Nikol Paşinyanın yalnız de-yure deyil, de-fakto getməsi üçün hər şey edilməlidir.

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »