Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müalicəsi başa çatan 200-ə yaxın qaziyə sosial müavinət təyin olunub
Pul - manat - Büdcə

Müalicəsi başa çatan 200-ə yaxın qaziyə sosial müavinət də təyin olunub.

Trend-in məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə deyib.

F.Nəbiyev bildirib ki, bu qazilərin sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir: “Hazırda tərxis olunmayan qazilərin bəzilərinə evdə də məzuniyyət verilib. Məsələn, ayağında, qolunda, sümüklərində qırıqlar olan və evdə ailələrinin qayğısı ilə daha yaxşı müalicə olunmaq istəyən qazilərə 30, 45, bəzən 60 gün məzuniyyət verilir. Məzuniyyətdə olduqları dövrdə də onların tibbi təminatı bizim üzərimizdədir, onların dərmanları verilir. Tərxis olunan qazilərin dərman təminatını isə biz həyata keçirə bilmirik. Yüksək rütbəli zabit və gizirlər, habelə müəyyən səbəblərə görə tərxisə buraxılmış zabitlərin tibbi təminatı bizim üzərimizdədir. Bəzən qazilərimiz şikayət edirlər ki, onlar hospitallarda müalicə olunmaq istəyirlər. Biz də onların hospitallarda müalicə olunmasını istəyirik. Amma qanunlar var, həmin qanunlara görə onların müalicəsini təşkil edə bilmirik. Bizim təminatımızda olan qazilərin müalicəsini təşkil edirik”.

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »