Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MN Tibb Baş İdarəsinin rəisi: "10-u həkim olmaqla, 42 tibb işçimiz şəhid olub"
Firuddin Nəbiyev

Bu gün Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı brifinq keçirib.

F. Nəbiyev deyib ki, Vətən müharibəsində Silahlı Qüvvələrin bütün növləri kimi tibb xidməti, həkim heyəti də səfərbər olub.

Polkovnik qeyd edib ki, Vətən müharibəsində şəhidlərimiz, yaralılarımız olub: “Yaralılarımızın tezliklə sağalması üçün əlimizdən gələni edirik. Döyüşlərin davam etdiyi dövrlərdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb, yaralı hərbçilərə müvafiq tibbi yardım göstərilib, ehtiyacı olanlar Baş Klinik Hospitala köçürülüb. TƏBİB-lə də sıx əməkdaşlıq etdik, həmin xəstəxanaların, o cümlədən özəl klinikaların həkimləri dəstəklərini əsirgəmədilər".(apa)

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »