Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhkəmə jurnalisti təqsirləndirilən şəxs qismində cəlb edib
Cəmil Məmmədli

Müstəqil jurnalist Cəmil Məmmədli təqsirləndirilən şəxs qismində cəlb edib. Bu qərarı bu gün Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin xüsusi cinayət ittihamı qaydasında verdiyi iddianı icrata qəbul edən Xaçmaz rayon məhkəməsi verib.

Məhkəmə Məmmədlini Cinayət Məcəlləsinin 147-2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilən şəxs qismində işə cəlb edib. Bu barədə Turan-a Məmmədli özü bildirib.

Jurnalist ittihamları təkzib edir, onları uydurma və peşə fəaliyyətinə görə onu cəzalandırmaq məqsədi daşıyan ittihamlar hesab edir.

“Əslində prokurorluq orqanları mənim Yutub və Feysbuk səhifəmdə yaydığım araşdırmada əksini tapan faktlara hüquqi qiymət verməlidir”, deyə jurnalist bildirib.

Cəmil Məmmədli ölkənin şimal bölgəsində baş verən hadisələri işıqlandıran müstəqil jurnalist kimi məşhurdur. O, uzun müddət “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin bölgə müxbiri olub.(turan)

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »