Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Hədəfimiz əhalinin 80 faizini peyvənd etməkdir" - Ramin Bayramlı
Ramin Bayramlı

"Əhalinin 80 faizinin vaksinlənməsi hədəflənir".

Unikal.org xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsi zamanı TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı söyləyib.

O qeyd edib ki, Azərbaycan keçmiş sovet respublikaları arasında vaksinasiya prosesini erkən başlayan ölkələrdən biridir və 18 yanvarda başlayan vaksinasiya uğurla həyata keçirilir. Vaksinasiya prosesinin Bakının bütün poliklinikalarında və bölgələrdə 90 nöqtədə həyata keçirildiyini bildirən R.Bayramlı indiyə qədər 800 min doza peyvənd tətbiq edildiyini söyləyib.

"Bu proses çox sürətlə davam edir və rəqəmsal şəkildə idarə olunur. Ölkəmiz ən uğurlu vaksinasiya həyata keçirən ölkələrdən biridir. Hədəfimiz ölkə əhalisinin 80 faizini peyvənd etməkdir. 8 milyon insanın peyvənd edilməsi üçün 16 milyon doza peyvənd üçün razılaşmalar əldə olunub. Bu, epidemiyaya son qoymaq üçün əhəmiyyətli bir rəqəmdir. Düşünürük ki, yay aylarına qədər vaksinasiyanı uğurla başa çatdıracağıq".

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »