Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq orqanlarına qəbulla bağlı yazılı imtahanın nəticələri açıqlanıb
Baş Prokurorluq

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi yazılı imtahan mərhələsinə yekun vurulub.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğunun mətbuat xidmətinin verilən məlumata görə, yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və qəbul otağında yerləşdirilib.

Bildirilib ki, müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 102 namizəd Qaydalara əsasən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə dair qaydaların tələblərinə riayət edilməklə Baş Prokurorluğun inzibati binasında keçiriləcək.

Qeyd olunub ki, namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »