Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Aprel döyüşlərində Qarabağı itirə bilərdik” - Ermənistanın qərargah rəisi
Xankəndi

2016-cı ilin aprel döyüşlərini Qarabağ torpaqlarının azad olunması marafonunda çox vacib addım adlandırmaq mümkündür. Bunu Ermənistanın hərbi hakimiyyəti də etiraf edir. Mətbuata müsahibələrdə məğlubiyyətin anonsunun hələ beş il əvvəl verildiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, Ermənistanın qərargah rəisi Artak Davtyan aprel döyüşlərindən danışıb. O, həmin günlərdə Qarabağı itirmək təhlükəsiylə üzləşdiklərini deyib.

Artak Davtyan Artak Davtyan

Davtyan aprelin 2-də “Yerablur” hərbi panteonunu ziyarət edib. Qərargah rəisi aprel döyüşlərində həlak olunların məzarına baş çəkib. Davtyan bundan sonra jurnalistlərin suallarını cavablandırıb.

“Biz Qarabağı tamamilə itirə bilərdik. Özü də 10-15 gün ərzində”, - Ermənistan silahlı qüvvələrinin qərargah rəisi etiraf edib. Amma onun fikrincə, Ermənistan ordusu həmin döyüşlərdən lazımi nəticə çıxara bilib. Təəssüf ki, yerli jurnalistlər hansı nəticə çıxarılması barədə sual verməyib. Hər halda, Ermənistan ordusu 44 günlük müharibədə darmadağın yaşayıb.

Jurnalistlər aprel döyüşlərinin yaxşı nümunə olması barədə soruşmasalar da, Davtyanın xoşuna gəlməyən başqa suallar veriblər. Ondan Robert Köçaryanın fikirlərinə münasibət bildirməsini istəyiblər. Davtyan keçmiş prezidentin ittihamlarını şərh etməkdən boyun qaçırıb. Koçaryan məhz aprel döyüşlərinə görə qərargah rəhbərliyini sərt tənqid etmişdi.

2016-cı il döyüşləri aprelin 1-dən 2-nə keçən gecə başlamışdı. Azərbaycan və Ermənistan silahlı qüvvələrinin hərbi qarşıdurması 4 gün sürmüşdü. Beləcə, 1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra ən qızğın döyüşlər baş vermişdi. Aprel döyüşləri Azərbaycan ordusunun kiçik qələbəsiylə başa çatmışdı. Bir çox yüksəkliklər və yollar düşməndən azad edilmişdi. Ümumilikdə 2 min hektara qədər ərazinin azad olunmasından söhbət gedir.

Artak Davtyan ikinci dəfədir Ermənistan silahlı qüvvələrinin qərargah rəisi postunu tutur. Onu müəyyən fasilədən sonra yenidən vəzifəsinə qaytarıblar. Davtyan hələ Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Qərargah rəisi əvvəllər ölkədə qəhrəman kimi qəbul olunsa da, indi haqqında çox yüksək fikirlər səslənmir.

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
Son xəbərlər
Bütün xəbərlər »