Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın keçmiş baş nazirinin yerli seçkilərdə iştirakı gözlənilir
Giorgi Qaxaria

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariyanın bu ilin payızında ölkədə yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərə namizəd kimi qatılacağı gözlənilir.

“Report”un yerli bürosu xəbər verir ki, onun Tbilisi meri vəzifəsi uğrunda mübarizə aparacağı daha çox ehtimal edilir.

Hakim Gürcü Arzusu Partiyasının üzvü Nikoloz Samxaradze bildirib ki, G.Qaxariya seçkilərdə iştirak edəcəksə, o, partiya üçün rəqib olacaq:

“Tbilisi meri vəzifəsinə namizəd olacaq istənilən müxalifətçi bizim rəqibimiz olacaq. Konkret olaraq Giorgi Qaxariya namizədliyini irəli sürsə, o da həmçinin bizim rəqibimiz olacaq”.

Qeyd edək ki, G.Qaxariya 2019-cu ilin sentyabrından bu ilin fevralın 18-dək Gürcüstanın baş naziri olub. O, hakim komanda ilə fikir ayrılıqlarına görə istefa verib. Sabiq hökumət başçısı bu yaxınlarda siyasi fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »