Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ohanyan seçkilərdə Köçəryanı dəstəkləyəcək
Seyran Ohanyan

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan parlament seçkilərində ikinci prezident Robert Köçəryanı dəstəkləyəcək.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, sabiq nazir deyib ki, Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistan daha yaxşı mövqedə idi və onun təcrübəsi indiki məqamda vacibdir.

“Robert Köçəryana çox hörmət edirəm, əgər siyasi proseslərdə iştirak etmək qərarına gəlsə, birmənalı şəkildə onun tərəfində olacağam",- deyə S.Ohanyan vurğulayıb.

Ohanyan, həmçinin qeyd edib ki, Köçəryan onu erkən seçkilərdə iştirak etməyə və komandaya qoşulmağa dəvət edərsə, bu təklifi qəbul edəcək: “İndi belə bir təklif yoxdur, amma seçkilərdə iştirak edərsə, təklif olarsa, o zaman əlbəttə ki, onu qəbul edəcəyəm və dəstəkləyəcəyəm”.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »