Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgilisini öldürmək istəyən baş redaktor məhkəmə qarşısına çıxarılır
Bıcaqlama

Şirvan rayonunda adam öldürməyə cəhddə təqsirləndirilən Mirhüseyn Nağıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə iclasına hakim Elxan Süleymanovun sədrlik edəcək.

Qeyd edək ki, bu il yanvarın 4-ü saat 13 radələrində Şirvan şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızına yaşadığı evdə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Ayşən Məmmədlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Mirhüseyn Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Xatırladaq ki, Mirhüseyn Nağıyev “Bizim vətən” ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktorudur.(report)

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »