Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yerli qarpız od qiymətinə bazara çıxarıldı
Bazarda qapız satışına başlanılıb. Adətən iyul-avqust aylarında bazara çıxarılan bu giləmeyvənin kiloqramı isə 2-2,50 manat təşkil edir.

Oxu.Az xəbər verir ki, satıcılar qarpızın “Çələbi” və “Şaban” sortuna aid olduğunu bildirirlər. O ki qaldı, qarpızın mövsümündən əvvəl bazara çıxarılmasına, söhbət etdiyimiz satıcılar məhsuldan zəhərlənmə ehtimalının olmadığını iddia edirlər.

Lakin yuxarıda bildirdiyimiz kimi, nəzərə alsaq ki, qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarıdır, hazırda bu məhsulun istehlakçıların həyatına nə dərəcədə təhlükə yaradıb-yaratmadığı sual altındadır. ​

Kənd Təsərrüfatı Nazirliyindən bildirilir ki, tezyetişən qarpız sortları 75-80 günə, orta yetişən 85-100 günə, gecyetişənlər 100-120 günə yetişir: “Qarpız istixana şəraitində də becərilir. Bu halda qarpız təkcə şitil üsulu ilə artırılır. Qarpız bitkisi tez böyüyən olduğu üçün belə şitillər 20-30 günə əmələ gəlir”.

O da qeyd edilir ki, hazırda Azərbaycan bostançılarının 90%-dən çoxu Cəfərxan, Qalaqtika, Krimson svit sort qarpızlarını yetişdirirlər.

Bəs istehlakçı keyfiyyətli məhsulu necə seçə bilər?

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin açıqlamasına görə, qarpız təzə, təmiz, bütöv və sağlam, öz təsərrüfat-botaniki növlərinə xas olan rəngdə olmalıdır. Ən xırda ölçülü qarpızın diametri 15 sm-dən, tezyetişən və xırdameyvəlilərdə isə 12 sm-dən az olmamalıdır: “Qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Ona görə də qeyd oed müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil”.

Qarpızın yetişməsini və keyfiyyətini müəyyən etməyin bir sıra üsulları var. Belə ki, yetişmiş qarpızın saplağı yanındakı bığcığı quruyur, meyvənin növə məxsus naxışı tam aydınlaşır, barmaqla vurarkən küp səsi verir, meyvənin səthində parlaqlıq əmələ gəlir.

Nazirlikdən bildirilir ki, satışa çıxarılan qarpızlar əzik, çatlamış və xəstəliklə zədələnmiş olmamalıdır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır. Üzərindəki sarı ləkənin imkan daxilində az olması daha məqsədəuyğundur.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qeyd edir ki, hər bir istehlakçı birinci növbədə bu məhsulların istehlakı müddətinə, onların hansı şəraitdə saxlanmasına və satış şəraitinə fikir verməlidir.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »