Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İskəndər” qalmaqalı: Bizdən çox Ermənistan hay-küy saldı
İsgəndər raket kompleksi

Bir neçə il öncə Ermənistan ordusunun hərbi paradında “İsgəndər” raketləri nümayiş olunmuşdu. Bu silahların hücum deyil, müdafiə məqsədi ilə ordunun arsenalına daxil edildiyi bildirilmişdi.

Azərbaycan tərəfi bunu bildiyi üçün Rusiyadan o raketlərdən almaq istəsə də, Moskva bundan imtina etmişdi. Ona görə də, Azərbaycan həmin raketlərə adekvat olaraq, Belarusdan “Polonez” YARS raket komplekslərinin alınmasına qərar verdi. Bəzi ekspertlər hətta İsraildən "İskəndər"lərə qarşı “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminin alındığını bildirsələr də, bunun üstündən müəyyən sükutla keçilir.

“İskəndər” raketlərinin vaxtilə 200 milyon dollar kredit müqaviləsi əsasında Rusiyadan alındığı məlumdur və Ermənistan Rusiyadan bu raketi alan yeganə ölkədir. Bundan başqa Ermənistanın Rusiyadadan aldığı eksport variant raketlərin mənzil məsafəsi 280 km olub. “Э” (экспорт) Rusiya operativ-taktiki komplekslərinin ən sadə versiyasıdır. Şuşadan qalıqları tapılan “İsgəndər” M-dir. “M” tipli “İsgəndər” isə yalnız Rusiyanın arsenalındadır.

Rəsmi şəkildə bəyan olunub ki, Şuşa ətrafında tapılan “İskəndər” raketi tam olaraq partlayıb. Amma raket Şuşanın hansı məhəlləsində partlayıb, nə kimi dağıntılara səbəb olub, raket zərbəsi endiriləndə bizim itkilərimiz hansı miqyasda olub, bu barədə ətraflı məlumat verilmir. Ola bilər ya "İskəndər" raketi saz vəziyyətdə olmayıb, atılsa da, istənilən effekti verməyib, ya göydə vurulub.

“İskəndər” ballistik raketi Yerevan tərəfindən atəşkəsdən bir neçə gün əvvəl birbaşa Bakıya da atılıb. Bu, Azərbaycan hakimiyyətini narahat edib. Lakin Azərbaycan ordusunun idarə etdiyi İsrail istehsalı olan “Barak-8" müdafiə sistemi onu vurmağı bacarıb”, – deyə adının çəkilməsini istəməyən Ermənistan məmur “Middle East Eye” portalına yüksək vəzifəli şəxs bildirib.

İlk dəfə Qarabağ müharibəsi zamanı "İskəndər" kompleksinin istifadə olunması barədə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Hakobyan danışıb. O, ötən ilin noyabrında jurnalistlərlə görüşü zaman müharibənin son günləri "İskəndər"lərdən istifadə edildiyini bildirmişdi. Sabiq prezident Sarkisyan isə öz son müsahibəsində raketlərin Şuşaya yönəldildiyini demişdi.

Paşinyanın özü də etiraf etdi ki, həmin raketlərdən istifadə olunsa da, onlar deyildiyi qədər effektiv olmayıb. Elə bu etiraf Ermənistanla Rusiya arasında böyük gərginliyə səbəb oldu, müəyyən təzyiqlər altında Paşinyan sözünü geri götürməli oldu. Çünki Rusiyanın bəh-bəhlə dünyaya bazarladığı silahları əməlli-başlı gözdən düşməkdəydi. Rusiya Müdafiə Nazirliyi isə bildirmişdi ki, Qarabağ müharibəsində "İskəndər" ballistik raketlərindən istifadə edilməyib.

Hərbi ekspert Tərlan Eyvazov deyir ki, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) verdiyi məlumata əsasən də ermənilərin bu müharibədə “İsgəndər”dən istifadə etdiyi aydın olur. ANAMA əməkdaşı, həmçinin vurğulayıb ki, hətta açıq internet mənbələrində axtarış apararkən 9M723 identifikasiya nömrəsinin "İskəndər" raketinə aid olduğunu müəyyən etmək olar.

“Rusiya o raketlərdən Ukrayna və Gürcüstana qarşı da istifadə etmişdi. Lakin Moskva bu iddiaları nə təkzib, nə də təsdiq edir. Əgər ermənilərin özləri bunu etiraf edirlərsə, niyə bizim bəzi ekspertlərimiz ciddi cəhdlə əksini sübut etməyə çalışırlar, bu anlaşılan deyil?”

Ekspertlərin rəyinə görə, qalıqlara baxıldıqda , bilinir ki, o göydə zərərləşdirilib. Yerə ancaq dəmir tullantısı kimi düşüb.

Bir müddət öncə “Bloomberg”in yadığı xəbərdə general-polkovnik Movses Hakobyan, Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəhbəri vəzifəsindən çıxarıldıqdan sonrakı müsahibəsində “Bu müharibə zamanı istifadə edildi, amma harada olduğunu deməyəcəyəm” ifadəsini işlədib.

Türkiyədəki EDAM Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Can Kasapoğlu bir ay öncə mediaya verdiyi açıqlamada bildirmişdi ki, Bakı Dağlıq Qarabağ bölgəsindən “İskəndər” mobil sistemlərinin əhatə dairəsində olub.“Ola bilsin ki, Azərbaycanı atəşkəs bağlamağa məcbur etmək üçün son vasitə olaraq Bakını “İskəndər” raketi ilə hədəf alıblar. Xankəndinin bir addımlığında döyüşlərin dayandırılması da bu səbəbdən ola bilərdi”,- deyə o iddia edib.

ANAMA-nın adından yayılan məlumatlara Müdafiə Nazirliyi fikir bildirməyib. Bu raketlərin mülki əhalini hədəf alması müharibə cinayətidir. Azərbaycan əldə olunan çoxsaylı faktlar əsasında Ermənistana qarşı daha bir cinayət iddiası qaldırmaqda tam haqlıdır. Hərçənd o hələ gözlə görünən fəlakətə səbəb olduğu Gəncə, Bərdə, Tərtər zərbələrinə görə də cavab verməyib.

İlhamə Rəsulova

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Nazirliyin əməkdaşı koronavirusdan vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »