Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cozef Bayden Ukraynaya səfər etmək istəyir
Co Bayden

ABŞ prezidenti Cozef Bayden Ukraynaya səfər etməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak bildirib. Bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında ilk telefon söhbəti olub.

"Prezident Bayden Ukraynanı hərtərəfli dəstəkləyir, onun komandası isə Zelenskinin islahat məsələlərində hər şeyi qiymətləndirir. Cozef Bayden əlavə edib ki, Ukraynaya yenidən səfər etmək imkanını gözləyir, həmçinin Ukrayna parlamentində öz çıxışını xatırladı", - Yermak feysbukdakı səhifəsində yazıb.

ABŞ-ın Ağ Evin saytında yerləşdirilən məlumata görə, Bayden və Zelenski müstəqilliyin əhəmiyyəti və Ukraynanın ərazi bütövlüyü haqqında danışıblar.

Ölkə liderləri ümumi demokratik dəyərlərə əsaslandırılan islahatlar proqramları üzərində birgə işləyəcəklərini təsdiqləyiblər.

Bundan başqa, Bayden və Zelenski Birləşmiş Ştatların və Ukraynanın pandemiyanın qarşısının alınması, həmçinin regionda demokratiyanın gücləndirilməsi istiqamətində sıx əməkdaşlıq haqqında danışıblar.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »