Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: “Tbilisidə Qriboyedovun abidəsinə qarşı vandalizm aktından qəzəbliyik”
Mariya Zaxarova

Tbilisinin mərkəzində rus yazıçısı və diplomatı Aleksandr Qriboyedovun abidəsinə qarşı vandalizm aktından qəzəbliyik.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova adından yayılan bəyanatda bildirilib.

“Bunu edənlərin motivləri nə olursa olsun, onların əməlinə haqq qazandırmaq olmaz. Sivil bir cəmiyyətdə belə bir hərəkət çaşqınlığa və ikraha səbəb olur. Həm Rusiya, həm də Gürcüstan tarixi üçün Aleksandr Qriboyedov şəxsiyyətinin miqyasını və əhəmiyyətini nəzərə alsaq, bu cür hərəkətlər qəbuledilməzdir. Əminik ki, ölkələrimizin vətəndaşlarının əksəriyyəti onun Rusiya və Gürcüstan xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni qiymətləndirməkdə həmrəydirlər. Bu hadisəni və məşhur rus jurnalist Vladimir Poznerə qarşı son təxribatı bir zəncirin halqaları hesab edirik. Bunları Gürcüstandakı ekstremist qüvvələrin Rusiya-Gürcüstan münasibətlərinin normallaşması prosesinə mane olmaq üçün hər hansı bir bəhanədən istifadə etmək cəhdi kimi görürük”, - deyə Rusiya XİN rəsmisinin bəyanatında vurğulanıb.(apa)

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »