Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada da məktəblər bağlanır
Ali məktəb - Tələbə

Avropada peyvəndləmə kampaniyasının gecikməsi fonunda bir çox ölkələrdə yoluxmaların sayı artır.

Bu barədə BBC-nin məlumatında deyilir. Buna görə də mümkün üçüncü dalğanın qarşısını almaq məqsədilə hökumətlər sərt qapanmaları yenidən geri qaytarırlar.

Fransa ən azı aprelin sonunadək məsafədən təhsilə keçir

Avropanın ən böyük üçüncü ölkəsi olan Fransada sayca üçüncü qapanma qüvvəyə minir və bununla da məktəblər bağlanır. Ölkədə yeni məhdudiyyətlər tətbiq olunur. Gələn həftədən etibarən məktəblər bağlanır və ən azı aprelin 26-dək məsafədən təhsilə keçirilməsi planlaşdırılıb. Bütün ölkə ərazisində saat 19:00 – 06:00 aralığında komendant saatı tətbiq olunduğu üçün vətəndaşlara yaşadıqları ərazini tərk edərək uzaq məsafəyə getmək qadağan olunur.

İtaliya növbəti dəfə məktəbləri bağlayır

İtaliyada da eyni vəziyyət yaşanmaqdadır. Belə ki, Pasxa ərəfəsində ölkə tamamilə qapanmaya gedir. Roma və Milan şəhərləri də daxil olmaqla, ölkənin çox böyük bir hissəsində mağaza, restoran və məktəblər bir daha bağlanır və 3 gün (3-5 aprel tarixlərində) ölkə ərazisinin hər yerində tamamilə qapanma qüvvəyə minir. İnsanlardan işə getmək, səhhətlərində yaranmış problemlər və çox vacib hallardan başqa evdən çıxmamaq ciddi şəkildə tələb edilir.(virtualaz.org)

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »