Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda pensiya böhranı: "Gözü olmayan əsgər təzədən göz bitirəcək?" - Deputat
Milli Məclis

“Tez tez mətbuatda qazilərimizin ciddi və düzgün şikayətlərini eşidirik. Özüm də bir deputat kimi şahidəm.Müdafiə Nazirliyinin Hospitalından şikayətlər var. Həkimlərin işini yüksək qiymətləndirirəm. Müharibədən 5 ay keçib. Yollar bağlı. Qazi uzaq rayondan taksi tutub gəlir Bakıya respet yazıb verirlər ki, get pulla al. Hansı pulla? Hələ onların çoxusuna əlillik dərəcəsi verilməyib ki, sağalsın sonra verək. Əsgər var gözü yoxdur, hələ təxris olunmayıb.Təzədən göz, ayaq bitirəcək? Niyə Hospital qazilərimizin şikayəti ilə ciddi məşğul olmur, niyə müzəffər qələbəmizə kölgə salırlar?”.

Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas səsləndirib.

Aqil Abbas

Problemlə bağlı dəfələrlə Bizim Yolun redaksiyasına da şikayət məktubları daxil olub. Yevlax şəhəri, İnşaatçılar küçəsi, ev 7-də qeydiyyatda olan Məmmədov Amil Habilin anası Kərimova Aygün Rafiq qızı yazıb ki, oğlu Məmmədov Amil Habil oğlu hərbi xidmətini yerinə yetirərkən sentyabrın 28-dən Fizuli istiqamətində döyüş zonasına göndərilmişdir. Oktyabrın 7-də növbəti döyüşlərdə birinci dəfə yaralanıb.

10 gündən sonra onu sağaldıb yenidən cəbhəyə göndəriblər. “Noyabrın 3-də Şuşa istiqamətində gedən döyüşlər zamanı bütün bədəni çoxsaylı qəlpələrlə ağır yaralanmışdır. 10 gün Yevlax Hospitalında yatıqdan sonra Bakıdakı Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalına gətirmişlər.

Birinci əməliyyat zamanı bədənindəki qəlpələrin bir hissəsi çıxarılmışdır. Hazırda hər iki ayaqları gipsə qoyulduğundan yataq xəstəsidir. Hər iki ciyərlərində qalan digər qəlpələrin çıxarılması üçün həkimlər ikinci əməliyyat qabağı ciddi rejimli müalicə yazmışlar. Lakin Hospitalın rəhbərliyi ağır yaralı oğlumu evdə müalicə olunması üçün çoxsaylı dərmanları resepdə yazıb onu sağalmadan zorla evə göndərmişlər”.

Daha bir şikayət. 27 yaşlı gizir E. Cavadov oktyabrın 6-da Cəbrayıl uğrunda döyüşlərdə hər iki ayağından ağır yaralanıb. 5 dəfə əməliyyat olunan qazinin sağ ayağı dizdən 4 barmaq aşağı kəsilib. İkinci ayağında da sinirlər zədələndiyindən tərpənmir. Ona 3-cü dərəcəli əlil statusu verilib. Vətən müharibəsində xəsarət almış Cavadov Ervin Tərxan oğluna Hərbi Həkim Komissiyasının Şəhadətnaməsində qeyd edilən sağ baldırın yuxarı 1/3-səviyyəsindən amputasiyası diaqnozuna əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq III dərəcə ömürlük əlillik dərəcəsi təyin edilib. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hər iki ayağını itirən Vətən müharibəsi qazisi Cavadov Ervin Tərxan oğluna 3-cü dərəcə əlillik təyinatı verilməsi ilə bağlı bildirilib ki, E. Cavadovun sol ayağından ilizarov aparatı çıxarıldıqdan sonra Hərbi Həkim Komissiyası tərəfindən yenidən şəhadətnamə verilməlidir.

Bu kimi problemlərlə bağlı dəfələrlə Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının məsul şəxsləri ilə əlaqə yaratmağa çalışsaq da, bu mümkün olmayıb. Hərbi həkimlərin komissiyasının siması necə deyərlər məhkəmə divarı. Heç birinə nə söz demək olmur. Nə də cavab almaq. Nazirliyə gəlincə.

ƏƏSM-nin sisteminə daxil edilməsinə qeyri-rəsmi qadağa qoyulub. Pensiya almaq müddəti fevral ayından bitənlərin sənədləri hələ də sistemə daxil edilməyib. Yəni, mart ayı, belə davam edərsə, aprel ayı da pensiya ala bilməyəcək. Belə insanların sayının yüz minlərlə olduğunu nəzərə alsaq, hansı rəqəmlərdən söhbət getdiyini anlamaq çətin deyil. Ən azı hesablasaq, 500 min nəfərin pensiyası bürokratik əngəllər və süni süründürməçilik, hətta qəsdən gecikdirilsə, böyük bir vəsaiti insanlara verməmiş olurlar.

Qazilərimizə isə daha yüksək səviyyədə qayğı və diqqət göstərilməlidir. Aqil Abbasın bu təklifinin məhz Aprel döyüşlərinin ildönümündə səsləndirməsi təsadüfi olmamalıdır.Erməni kimi düşməni olan xalqın güclü ordusu olacaqsa, bu ordunun qaziləri, şəhidləri də olacaq. Vətən yolunda canını verənlərə əlillik dərəcələri arasında çox cüzi sayılan o vəsaiti vermək bu qədər çətin görünürsə, kim sağlam canını laqeyd bir cəmiyyət uğrunda verməyə razı olacaq? Xalqı dövlətdən, ordudan narazı salmaq əsla olmaz. Yaralı yaralıdır. Kəsik ayağın neçə santimetr uzunluqda qalması üzərində mübahisə isə ən azından əsgərə təhqirdir.

İlhamə

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
Son xəbərlər
Bütün xəbərlər »