Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailələr dünyaya uşaq gətiməkdən qorxur: 30 manat uşağın aylıq xərcini qarşılayırmı?
Uşaq - ailə

Son illərdə ölkəmizdə demoqrafik göstəricilərdə eniş müşahidə olunur. Bu da o deməkdir ki, ölkədə doğumların sayı aşağı düşüb, ölümlərin sayı isə artıb.

Dünya ölkələrində doğumu stimullaşdırmaq və çoxuşaqlı ailələrə dövlət dəstəyi göstərmək üçün xüsusi proqramlar var. Azərbaycanda da çoxuşaqlı ailələrə müəyyən güzəştlər var. Belə ki, 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara uşaqların sağ olması şərtilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 30 manat müavinət ala bilər.

Dünyadakı ciddi böhranı, iqtisadi çöküşü və ölkəmizdə yoxsulluq səviyyəsinin artmasını nəzərə alsaq, görərik ki, Azərbaycanda çoxuşaqlı ailələrin sayı on ildə təxminən iki dəfə azalıb. Artıq hər addımbaşı 3 və daha çox uşağı olan ailələrə rast gəlinmir. Hətta müasir dövrün tələblərinə uyğun olaraq artıq 2-ci uşağı dünyaya gətirmək belə çox çətinləşib.

Belə bir zamanda bəs 30 manat bir uşağın aylıq xərcini qarşılamağa yetirmi? Bu suala cavab vermək üçün heç uzağa getmədən, ən ucuz uşaq bezlərinin qiymətlərinə baxmaq kifayətdir.

Dünya ölkələrində çoxuşaqlı ailələrə dövlət dəstəyi ilə bağlı araşdırma aparan zaman görürük ki, əksər ölkələrdə 3 uşaqlı ailələr çoxuşaqlı kimi qiymətləndirilir və müəyyən yardımlar göstərilir.

Məsələn, İsveçdə də çoxuşaqlı ailələrə xüsusi dövlət dəstəyi var. 3 və daha çox uşağı olan ailələrə xüsusi ərzaq talonları verilir, kirayə evdə yaşayırlarsa, mənzilin haqqı bələdiyyə tərəfindən ödənilir və təhsil haqqında güzəştlər təklif olunur. Belarusda 4 uşaqlı ailələrə dövlət pulsuz mənzil verir.

Rusiyada hər 3-cü və növbəti uşağa görə dövlət 6 min rubl (180 manat) aylıq ödəniş edir. Həmçinin. Uşaqların 6 yaşa qədər tibbi xidməti və dərmanı pulsuz verilir, kommunal ödənişlərdə müxtəlif güzəştlər tətbiq olunur. Türkiyədə ilk uşağa 200, 2-ci uşağa 400 və 3-cü uşağa isə 600 lirə aylıq müavinət ödənilir.

“Nəsilvermə əmsalı Azərbaycanda ancaq son 4-5 ildir ki, artım üçün tələb olunan 2.1-dən aşağı düşüb. Bunun mürəkkəb səbəblər çeşidi var, o cümlədən keçmiş müharibələrin irsi olan demoqrafik dalğalar, şəhərləşmə, iqtisadi təsəvvürlərin dəyişməsi və s.

Əmsalın daha aşağı düşməsinin qarşısını almaqdan ötrü bir çox tədbirlər görülməlidir və bu tədbirlər arasında əlbəttə doğumun iqtisadi stimullaşdırılması tədbirləri də var”,- deyə Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov bildirib.

Ilqar Məmmədov İlqar Məmmədov

O, vurğulayıb ki, birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir.

“Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır. İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideyinlərə öz dəstəyini təklif etməlidir. Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideyinlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərcləməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır.

Üçüncü və sonrakı uşaqlar yenə də valideyinlərin öz məsuliyyətli seçimi və planı olmalıdır. Bu məsuliyyətli seçimi etməkdə dövlətin ümumi iqtisadi siyasəti valideyinləri inandırmaqla yardımçı olmalıdır. İş yerlərinin yaranması üçün iqtisadiyyat sərmayələrə açılmalıdır. Bu isə daha geniş, əhatəli siyasətin tərkib hissəsidir – hüquq aliliyi, korrupsiyanın cilovlanması, demokratik siyasi təmsilçilik və s”.

Leyla Mirzə

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »