Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Kəlbəcər bizim deyil” deyən deputatı təkzibə məcbur edirlər
Ermənistan parlamenti

Deputat Ovik Ağazaryanın Kəlbəcərin heç vaxt Ermənistanın olmaması haqda fikirləri iki gündür böyük müzakirə mövzusudur. Xüsusilə müxalifətçilər onun həqiqəti dilə gətirməsini həzm edə bilmir.

Bizimyol.info xəbər verir ki, Ermənistan parlamentində Ağazaryanı “Kəlbəcər bizim deyil” ifadəsindən imtinaya məcbur edirlər. Ona qarşı çıxanların sayı getdikcə artır. Aprelin 1-də parlamentdə deputat Taqui Tovmasyan Ağazaryanı tribunaya çıxaraq, sözlərini təkzib etməyə çağırıb.

“Mən ən az sizdən belə açıqlama gözləyirdim, cənab Ağazaryan. Xahiş edirəm, parlamentin tribunasına qalxın, deyin ki, səhv olub, jurnalistlər günahkardır, nəsə deyin əvvəl-axır. Bu açıqlama cavabsız qalmamalıdır, axı biz təkcə daxili auditoriya üçün işləmirik”.

Tovmasyan deyib ki, söhbət Qarabağda yaşayan sakinlərə də çatıb, onlar çox məyus olublar. Deputat fikrini “Vikipediya” internet ensiklopediyasından bir sitatla tamamlayıb. Tovmasyan belə açıqlamaların yaxşı nəticələrə gətirib çıxarmayacağını söyləyib.

Tovmasyanla yanaşı, “Yerkrapa” könüllülər ittifaqının parlamentdəki nümayəndəsi Sasun Mikaelyan da Ağazaryana qarşı çıxıb. O, həmkarının doğru ifadələr işlətmədiyini deyib: “Əvvəlcə düşünüb, sonra danışmaq lazımdır”.

Naira Zohrabyan Naira Zohrabyan

Hələ martın 31-də Ağazaryanın sərt tənqidinə başlanılmışdı. “Çiçəklənən Ermənistan” partiyasından Naira Zöhrabyan belə açıqlamaların xüsusi məqsədlə verildiyini söyləmişdi. Onun fikrincə, məqsəd cəmiyyətdə düşmənə loyal münasibəti formalaşdırmaqdır. Zöhrabyan hesab edir ki, Ermənistan yavaş-yavaş Türkiyənin nəzarətinə keçir. O, hakimiyyəti şüurlu şəkildə ölkəni Türkiyəyə təhvil verdiyini iddia edib.

“Mənim addımım” fraksiyasının üzvü Ovik Ağazaryan Kəlbəcərlə bağlı Ermənistanda böyük qalmaqal yaradan fikirlər səsləndirib. Deputat bu şəhərin heç vaxt Ermənistanın olmadığını deyib: “Ermənistanda elə cəsur adam var ki, Kəlbəcərin bizim olduğunu desin? Bütün dünya deyər ki, Kəlbəcər sənin deyil, mənim əzizim, mümkün qədər tez qaytar. Kəlbəcər əvvəl-axır qaytarılmalıydı”.

Azərbaycanın geri qaytardığı torpaqlarla bağlı təkcə Ağazaryan belə fikirdə deyil. Hakim partiyanın bir çox üzvləri oxşar fikirlər səsləndirir. Baş nazir Nikol Paşinyan da cəmiyyəti düşmənçilik prinsiplərindən əl çəkməyə çağırıb.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Erməni məmur Rüstəm Muradovu ölümlə hədələdi
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı - Video
››› Krımda 2 azərbaycanlı saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »