Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycandakı həbslər ABŞ Dövlət Departamentinin hesabatında
ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti 2020-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntuları geniş şəkildə işıqlandırılıb. Problemlər kimi qanunsuz və ya özbaşına həbslər, işgəncə, həbsxanalarda sərt və bəzi hallarda həyata təhlükə yaradan şərait, siyasi məhbuslar problemi və s. göstərilib.

Hesabatda müxalif fikirli insanların müxtəlif formalarda təzyiqlərə məruz qalması və həbs olunmasına da toxunulub.

Bizimyol.info xəbər verir ki, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc açıqlaması zamanı bildirib ki, ABŞ Dövlət Departamentinin Hesabatını oxuyarkən, müxalif saytlarda dərc olunan məqalə müddəalarının dünyada nüfuzlu Dövlət Departamentinin ali sənədində əksini tapmasına təəssüfümüzü bildirir, Vətən Müharibəsini qazanan bir xalqın təmin olunan onlarla hüquqları haqda bir cümlə belə yazılmamasını qeyri-obyektiv hal kimi qiymətləndirirəm.

Zahid Oruc Zahid Oruc

“İnsan hüquqlarını iqtisadi və siyasi maraqlarının təminatı alətinə çevirən beynəlxalq təşkilatların hesabatlarının dəyərləndirilməsi, onların bir ovuc şəxs üzərindən 10 milyonluq bir ölkədə insan haqlarına və azadlıqlara dair etalon  kimi dəyərləndirilməsinə münasibət bildirilməsi Məruzəyə əlavə edilə bilər və bu sənədin xarici mərkəzlər üçün əhəmiyyətini daha da artırar”.

Paylaş »
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› “Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan
››› Daha bir gənc həkim koronavirusdan vəfat edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »