Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlil əlilliyini necə sübut etməlidir? – Azərbaycan reallığı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Kürdəmir sakini Tünzalə İbrahim qızı Abbasovanın xəstəlik səbəbi ilə əlləri, başı əsir, həddən artıq əsəbi vəziyyətdədir, gözləri görmür. Anadangəlmə əlildir. Lakin 18 yaşı tamam olanda onun əlilliyə görə pensiyası kəsilib. Səbəb də budur ki, yenidən Bakıya gətirilməli, müayinə edilməlidir.

Xəstənin atası İbrahim Abbasov Bizimyol.info-ya bildirib ki, Respublika Əlillərin Bərpa Mərkəzi və Milli Oftolmologiya mərkəzinə də müraciət edib, hər dəfə də deyilib ki, xəstə təkrar müayinə üçün Bakıya gətirilməlidir. Kürdəmir rayon Mərkəzi Xəstəxanası təcili tibbi yardım maşını ayıraraq xəstəni Bakıya gətirmək istəsə də, Tünzaləni xəstəliyinin verdiyi aqressiya səbəbilə avtomobilə otuzdurmaq mümkün olmayıb. Sənədləri isə Bakıya göndərilib.

Abbasova Tünzalə İbrahim qızının sənədləri Bakıya göndərilib, onun hər iki gözünə anadangəlmə qlaukoma diaqnozu qoyulub. Üstəlik, ruhi vəziyyəti normal deyil. Lakin bu barədə heç bir sənəddə bircə sətir qeyd yoxdur. Tünzalənin forma 88 adlandırılan xəstəlik kağızında yalnız görmə qabiliyyətinin məhdud olduğu qeyd edilib. Təkcə gözlərinin görməməsi diaqnozuyla ona əlillik üçün pensiya təyin edilməli olsa da, edilməyib. Nə qədər qəribə səslənsə də, qanunlar yol vermir...

Bütün xəstəlikləıri qeyd olunsa belə, onun yenə də Bakıya gətirilməsi vacibdir. Tünzalə kimi ucqarlarda yaşayan minlərlə insan var. Onların bəziləri yataq xəsətləridir. Bəzilərini isə gətirmək ümumiyyətlə, müxtəlif səbəblərdən imkansızdır.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi Gülnar Əzizova bildirib ki, Tünzalə Abbasovanın xəstəliyi Səhiyyə Nazirliyinin göz xəstəlikləri reyestrinə daxil edilmədiyi üçün ona məxsus göndəriş Kürdəmir rayon Xəstəxanasına geri göndərilib.

Gülnar Əzizova Gülnar Əzizova

“Əqli problemlərinin olduğunu bildirsə də, Kürdəmir rayon xəsətxanasından təqdim olunan forma 88-də heç bir müraciət qeyd eidlməyib.Vətəndaşın əlillik təyinatı ilə bağlı yenidən müraciət etmək hüququ var. Bunun üçün Tünzalə Abbasova barədə məlumatlar göz xəstəlikləri reyestrinə daxil edildikdən sonra Kürdəmir Mərkəzi Xəstəxanası tərəfindən forma 88 göndərilə bilər. Amma istənilən halda Tünzalə mütləq gətirlməlidir”

Yaxşı, alınmırsa, vətəndaş ölməlidirmi? Qanunvericilikdə müstəsna hallar nəzərə alına bilməzdimi? Əgər bir qanun bir vətəndaşın haqlarının by şəkildə tapdalanmasına yol açırsa, o qanunu yeniləmək lazımdır, daha qanunu bəhanə edib insanlara “ölüm hökmü” çıxarmaq yox... ƏƏSMN səmimi qurumdursa, elə özü Milli Məclis qarşısında məsələ qaldırmalıdır.

Məsələn, Bakıdan səyyar həkim briqadası müayinə üçün göndərilsin? Və ya onsuz da dövlətin möhürü ilə işləyən yerli dövlət xəstəxanalarında müayinə edilsin. Hətta xəstənin müayinəsinin videogörüntüləri də mərkəzə göndərilsin? Belə istisnalar qanunvericiliyə əlavə oluna bilməzmi?

“Həkimlər müəyyən əsasnamə əsasında diaqnoz aparıb göndərir əlaqədar qrupa. Xəstənin mütləq Bakıya gətirilməsi dövlətin öz yerli xəsətxanasına inamsızlığı deməkdir. Lazım olsa mütəxəssis ezam olunmaldır. Yerində təyin edilsin.

Valideynləri məsuliyyətsizlik edib. Tünzalənin yalnız görmə qabiliyyətində probleminin olması barədə rəsmi sənəd alıblar. Lakin 18 il ərzində Tünzalənin sağlamlığına cavabdeh olan sahə həkimi, yerli poliklinika, lap başda doğuş həkimi bu barədə niyə səhlənkarlıq göstəriblər? Valideyn bütün bunları sadəcə, bilməyə bilərdi, hər gün sənədlərlə məşğul olan həkimlər isə bu barədə mütləq xəbərdarlıq etməliydilər”,- deyə həkim Adil Qeybulla bildirib.

Adil Qeybulla Adil Qeybulla

Bu kimi halların çox olduğunu nəzərə alaraq hesab edirik ki, qanunlara müəyyən düzəlişlər edilə bilər. Cibində imkanı olan sağlam adamlar öz əlaqələrindən istifadə edib yalançı əlillik vəsiqəsi almaqla Tünzalə kimi ələ baxım, möhtac durumda olan, müayinə üçün ortalığa belə çıxa bilməyən yüzlərlə xəstənin haqqına girirlər. Dövlət son aylarda yalançı əlillik pensiyalarının kəsilməsi ilə bağlı tədbirlər görür. Lakin qurunun oduna yaş da yanır...

İlhamə Rəsulova

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »