Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərsu” əməkdaşı iş yerində intihar etdi
“Azərsu” əməkdaşı iş yerində intihar etdi

Bakıda, “Azərsu” ASC-nin əməkdaşı intihar edib.

Qurum əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev çalışdığı Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində intihar edib.

Onun Su Kanal İdarəsində maşinist işlədiyi bildirilir. İntiharın hansı səbəbdən baş verdiyi bilinmir.

Faktı oxu.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təsdiq edib:

"Onun iki azyaşlı övladı var. E.Quliyev nizam-intizamlı işçi olub".

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »