Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uğurlu döyüşlərin Aprel tezisləri
Aprel şəhidləri

Məşhur 4 günlük Müharibədən beş il keçdi

Elə dünən Türkiyənin “Baykar” və “ASELSAN” şirkətlərinin rəhbərləri Bakıda – Azərbaycan Prezidentinin qəbulundaydı. “Baykar”ın texniki direktoru Selcuk Bayraktarı ayrıca tanıtmağa ehtiyac yoxdur; o, Azərbaycanlıların və bütün dünyanın nəzərində bir qəhrəmandır. “ASELSAN”IN baş direktoru Haluk Görgünü çox tanımasaq da, onun da bizim üçün Selcuk bəydən geri qalan bir tərəfi yoxdur. Hər iki şirkət Türkiyənin müdafiə sənayesinin flaqmanlarıdır.

Türkiyə hərbi sənayesinin Prezident Erdoğanın dövründə sürətlə inkişaf etdiyini geniş anlatmağa gərək yoxdur; hər şey göz qabağındadır. Səhih məlumatlara görə, NATO-nun birinci gücü olan ABŞ ordusunun hərbçiləri saatlarla oturub 44 günlük müharibənin videogörüntülərinə baxır, təhlil edirlər; Azərbaycanın Ermənistan üzərində hərbi qələbələrini təhlil edirlər. Selcuk Bayraktarın Silahlı Pilotsuz Uçuş Aparatları bu qələbələrdə başqa ən müasir silahlarımız kimi şəksiz rol oynamışdı. Azərbaycan dövləti də bunu yüksək qiymətləndirdi; Prezident İlham Əliyev Selcuk Bayraktara “Qarabağ” ordeni verdi. O da bu təltifdən sonsuz qürur duyduğunu öz twitter səhifəsində qürurla duyurdu.

Selçuk Bayraktar

Selcuk Bayraktarın Bakıya gəlişinin başqa bir rəmzi anlamı da var. 2016-cı il aprel döyüşlərinin ildönümü ərəfəsində gəldi. Əslində 44 günlük Vətən Müharibəsinin ilk praktik və ən uğurlu baş məşqi məşhur 4 günlük Aprel döyüşləri idi. İndi o döyüşlərdən 5 il keçir. Bu 5 ildə xalq Aprel şəhidlərini unutmadı, 500 il sonra da unutmayacaq. Çünki onlar bu gün əldə olunmuş qələbələrin təməlini ataraq aramızdan ayrılmışdılar. Aprel döyüşlərində neçə şəhidimiz var, neçə yaralımız var – bu haqda rəqəmlər göstərməyə ehtiyac yoxdur. Aprel döyüşlrini, o günlərdə müharibə meydanlarındakı qəhrəmanlıq nümunələrini, uğurlardan sevincimizi, itkilərimizdən üzüntümüzü, amma bütövlükdə hiss etdiyimiz qürur hisslərini ifadə etmək üçün canlı-qanlı söz aciz qalır, o da ola quru rəqəmlər. Həm də bir nəfər şəhid varsa da belə, bizim üçün çoxdur. İtkilərimizdir, ağırdır. Ağrıdır. Ancaq o döyüşlərdə də qəhrəman əsgər və zabitlərimiz canını-qanını vermiş olmasaydı, 5 il sonra biz Qarabağda torpaqlarımızı azad görməzdik.

Selcuk Bayraktara niyə çox yer verdik bu yazıda?! Çünki həmin PUA-lar ən başda Aprel döyüşlərində düşmən mövqeləri üzərində tətbiq olunmuşdu. Ona qədər saysız-hesabsız təlimlər olmuşdu, təbii ki. Ancaq hərb meydanında bu silahları və ordumuzun qabiliyyətini və qalibiyyətini o zaman – Aprel döyüşlərində izlədik, gördük. Düşmən döyüşlərin dayandırılması üçün yalvarmaq zorunda qaldı. Yəni Aprel döyüşlərində biz düşməni sındırdıq. Və ardı, təbii ki, gəlməli idi, 2020-də mühüm qələbələrlə gəldi. Aprel döyüşləri xalqımızın birliyinin və ruh yüksəkliyinin də “təlim yoxlanışı” oldu sanki. Biz ordumuzun arxasında bir yumruq kimi dayanmağı göstərdik. Aprel döyüşləri dayananda cəmiyyətimizdə, açıq desək, bir məyusluq vardı; insanlar sona qədər getməyi tələb edirdi. Sözün doğrusu, həmin o aprelin dörd günündə azərbaycanlılar bir millət olaraq yenidən doğulmuş uşaq kimiydi; özünü tanıdı, özünə inanmağı öyrəndi. Ordusuna, Dövlətinə güvənməyi bacardı. Bu, ötən ilin Tovuz hadisələrində bir daha sınandı. Və sonrası məlumdur. Ona görə də bu gün Aprel şəhidlərinə, qazilərinə, o döyüşlərdə iştirak etmiş bütün əsgər və zabitlərimizə - komandanından tutmuş sıravisinə qədər hamısına minnətdarıq. Məğlub xalq sindromundan qurtulmağımızı Birinci Qarabağ Müharibəsindən başlamış bu günə qədər düşmənə qarşı savaşda canını qoymuş hər kəsə borcluyuq.

Bizimyol.info

Paylaş »
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »