Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parisdə "Molotov kokteyli" ilə prezident iqamətgahına keçmək istəyən şəxs saxlanılıb
Fransa

Fransa paytaxtında əlində “Molotov kokteyli” olan naməlum şəxs Yelisey sarayının ərazisinə keçməyə cəhd edərkən saxlanılıb.

Bu barədə “Figaro” qəzeti məhkəmədə olan mənbələrə istinadən yazıb.

Hadisə cümə axşamı baş verib. Naməlum kişi Fransa prezidenti Emmanuel Makron və onun xanımı Brijitin iqamətgahı olan Yelisey sarayının hasarından keçməyə çalışıb. Onun əlində yanan halda olan alışan maye – “Molotov kokteyli” var imiş.

Həmin şəxslə birgə daha bir cütlük həbs olunub. Onlar baş verənləri lentə alaraq, fotoşəkillər çəkirmişlər.

Polis şüşədəki mayenin təhlükəli olmadığını bildirib. Sarayın çəpərini keçməyə çalışan şəxsin bir rəssam olduğu üzə çıxıb və o, heç kimə zərər vermək istəmədiyini bildirib.(apa)

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »