Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB Türkiyə vasitəsilə Çindən vaksin alınması məsələsinə aydınlıq gətirib
Yaqut Qarayeva

“Azərbaycanın Çindən alacağı 4 milyon doza “Coronovac” vaksinini əldə etmək üçün layihəyə Türkiyə vasitəsilə qoşulmuşduq”.

Bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, “Coronovac” vaksininin üçüncü mərhələ sınaqları Türkiyədə həyata keçirilib: "Türkiyə bu sınaqları öz üzərinə götürmüşdü. Ona görə də Çin bunu nəzərə alaraq Türkiyəyə bu vaksinləri vermişdi. Bilirsiniz ki, vaksinləri əldə etmək çox çətin məsələdir. Hər ölkə də buna nail ola bilmir. Türkiyə bu vasitə ilə Çindən birbaşa vaksin aldı. Biz də Türkiyə vasitəsilə bu layihəyə qoşulmuşduq. Həmin layihə çərçivəsində Çin vaksininin alınması davam etdiriləcək".

Departament rəhbəri bildirib ki, bununla yanaşı, artıq Azərbaycan özü Çinlə birbaşa 5 milyon dozalıq müqavilə bağlayaraq vaksinləri almağa başlayıb.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »