Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nəsə mənə deyir ki, Vətən müharibəyə hazırlaşır...” - Video
Rus ordusu

Rusiyanın “Bloknot” regional informasiya portalının baş redaktoru Oleq Paxolkov Rostov-Volqoqrad şossesində gedərkən Ukrayna ilə sərhədə tərəf irəliləyən çoxsaylı tanklar və BTR-lərdən ibarət hərbi kalonlar görüb.

“Qarşıma tank kalonu çıxdı, BTR-ləri də çəkib aparırdılar. Və nəsə mənə deyir ki, Vətən müharibəyə hazırlaşır. Məndə bu mövzuda başqa informasiyalar da var ki, Ukrayna ilə müharibə variantı tamamilə ciddi şəkildə nəzərdən keçirilir”,-Paxolkov Rostov-Volqoqrad şossesi ilə avtomobil idarə edərkən çəkdiyi videoda bildirir.

Daha sonra baş redaktor 44 günlük Qarabağ müharibəsini xatırladır, Ukrayna ordusunun da pilotsuz döyüş sistemləri ilə silahlandığını qeyd edir.

“Biz Dağlıq Qarabağda nə baş verdiyini bilirik-tamamilə yeni nəsil müharibə idi və bu müharibə göstərdi ki, nə qədər cəsur əsgər olursansa ol, istəyir dağlarda, istəyirsən düzənlikdə-pilotsuz aparat səni tapacaq və axırına çıxacaq. Ukrayna ordusu əlbətdə ki, bu gün öz döyüş ruhunu qaldırıb və çox ciddi silahlanır. Pilotsuz aparatların sayı “tavana” çatır-onların sayı Qarabağda müharibə başlayarkən Azərbaycanda olanların sayından çoxdur. Bu, əlbətdə ki, əl-qolu açır, Ukrayna ordusu hiss edir ki, DNR və LNR (Donbassdakı qondarma respublikalar,-red.) ordularını tapdalaya bilər. Onlar 30 il qabağın silahları ilə döyüşür, sayları da azdır”,-Oleq Paxolkov bildirir.

Baş redaktor daha sonra sual edir-Rusiya belə vəziyyətdə nə etsin? Əlavə edir ki, Rusiya sərhədə qoşun yığır, o belə də etməlidir, çünki qarşıda çox qaynar münaqişə alovlana bilər.

“Bəs DNR və LNR-ə qoşun yeridəcəkmi? Minsk razılaşmasına əsasən əgər Ukrayna DNR və LNR-ə hücum etsə Rusiya həmin ərazilərdəki rusdilli əhalini müdafiə etməlidir”,-o əlavə edir. Paxolkovun qənaətinə görə, Rusiya rəsmən qoşun yeritməlidir, çünki separatçı “respublikalar” özləri duruş gətirə bilməyəcəklər. Və Rusiya 2008-ci ildə Gürcüstanda olduğu kimi “sülhə məcbur etmə” əməliyyatı keçirməlidir.

Lakin Paxolkov təsdiq edir ki, Ukrayna Gürcüstan deyil və Rusiya qoşun yeritsə bu əməliyyat çox mürəkkəb və qanlı olacaq.

“Mən əlbətdə, ordumuza inanıram və ona da inanıram ki, biz bu vəzifənin öhdəsindən gələcəyik, amma qorxuram ki, cəsədlərin sayı on minlərlə ölçülsün...”,-Rusiya portalının baş redaktoru bildirir.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Ruslan Xomçak Rusiyanın sərhədə 58 batalyon-taktiki qruplaşmasından ibarət ordu qüvvələri yığdığını bildirib. Eyni zamanda general deyib ki, Ukrayna ordusu da 100 minlik qüvvə ilə Donbasa hücuma hazırdır.(virtualaz.org)

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› Rusiya Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı qərar verib
Son xəbərlər
Bütün xəbərlər »