Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksi şirkətlərini hədəf alan kimlərdir… - Yeni monopoliya cəhdi
Taksi

Azərbaycanda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan sürücülər, taksi şirkətlərini boykot etmək kampaniyasına başlayıblar. Belə ki, onlar sürücülərin şirkətlər tərəfindən istismar olunduğunu səbəb göstərirlər. Sürücülər bildirirlər ki, taksi şirkətləri klassik taksilərdən daha ucuz gediş təklif edir və bu isə həmin şirkətlərlə çalışan taksi sürücülərinin daha az qazanmasına səbəb olur. Boykot kompaniyasına qoşulan sürücülər həmkarlarını ərtaflarına cəlb etmək üçün müxtəlif bukletlər paylayır və müraciətlər edirlər.

Bir müddət əvvəl taksi xidmətlərinin vahid tarif sistemə keçəcəyi ilə bağlı söhbətlər gəzsə də, bu özünü doğrultmadı.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu gün Azərbaycanda taksi xidməti öz-özünə formalaşan, istehlakçı və xidməti təklif edən arasında qurulan çox yaxşı bir sistemdir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti, xüsusən də Bakı şəhərində yaşayan əhali bu gün taksi xidmətlərinin fəaliyyətindən razıdır.

“Burada tək-tük narazılıqlar ola bilər. Bu sistem elə qurulub ki, müştəri ilə sürücü arasında əlaqə yaradan şirkətlə kontakt var. Yəni əgər müştəri ilə sürücü arasında hər hansı narazılıq yaranarsa, müştərinin kontaktları sürücüdə, sürücünün kontaktları isə müştəridə olur. Məsələn, taksi çağırmısınız və əşyanız taksidə itibsə, bunu tapmaqda çətinlik çəkmirsiniz. Çünki maşının dövlət nömrə nişanı, sürücünün əlaqə nömrəsi artıq sizdə var. Bu sistem çox gözəl qurulub və düşünürəm ki, bunu dəyişməyə, yenidən qurmağa ehtiyac yoxdur. Taksi qiymətlərinin qalxıb-enməsi isə bazar iqtisadiyyatına uyğun olaraq tənzimlənir.

Bəzən eşidirəm deyirlər ki, sürücü ilə müştəri arasındakı münasibətləri tənzimləmək üçün dövlət qurumu olmalıdır. Tamamilə əsassız fikirlərdir. Sürücü ilə müştəri arasında problem yaranarsa, bunu DİN, polis həll etməlidir.

Mən istənilən sürücü, taksi xidməti, dövlət qurumu ilə debata çıxıb sübut edə bilərəm ki, Azərbaycanda taksi xidməti ucuz deyil, əksinə bahadır. Taksinin ucuz olduğunu iddia edənlər yalan deyirlər. Heç bir əsasları yoxdur. “Bolt” və “Uber” kimi şirkətlərə şər atırlar ki, guya Ermənistanla bağlıdırlar. Bunlar hamısı yalandır. Bu şirkətlərin heç birinin düşmənlərlə əlaqəsi yoxdur. Bunu taksi xidmətlərini, monopoliyanı ələ almaq istəyən və onların öyrətdikləri adamlar deyir. İstəyirlər ki, bu sahədə monopoliya yaratsınlar, öz istədikləri qiymətləri diktə etsinlər və vətəndaşların cibini soysunlar.

Bu gün taksi xidmətində qiymətlər hər km-ə 50-70 qəpikdir. “Bolt” və “Uber” taksi xidmətlərinin ucuz olmasına gəldikdə isə burada başqa bir məsələ var. Bu taksi xidmətləri şirkətlər tərəfindən maaş alırlar. Şirkətdir və öz taksisi var. Sürücüyə isə aylıq əməkhaqqı verir və deyir ki, sən mənim müştərimi bu qiymətə aparacaqsan. O şirkətin haqqı var, sabah desin ki, mən sənə maaş verirəm və ümumiyyətlə, sən müştərini pulsuz apar.

Xidmətlə bağlı sürücü ilə şirkət arasında individual danışıqlar aparılır. Qarşılıqlı razılıq əsasında çalışırlar. Onların arasındakı danışığın kimə nə aidiyyatı var ki, hansısa dövlət qurumu, taksi sürücüsü buna müdaxilə etsin? Bu, biznesdir və kim neçəyə istəyirsə, o qiymətə də müştərini aparır”.

Ekspert vurğulayıb ki, vahid tarif sistemi yaranarsa, burada uduzan taksi sürücüləri olacaq, çünki heç kim taksiyə əyləşməyəcək və taksi sürücüləri 10 il bundan öncə olduğu kimi adam axtaracaqlar ki, “sən Allah gəl, əyləş aparım”.

“Taksi tarifi yalnız bu formada müəyyənləşə bilər ki, minimum məbləğ seçilsin. Məsələn, Azərbaycanda taksi xidmətinin minimum tarifi 30 qəpik olsun. Yəni, sən bundan ucuz, 20-10 pəqiyə apara bilməzsən. Amma konkret tarif qəbul edib demək olmaz ki, hamı 1 km-ə 1 manat və ya 50 qəpik hesabı ilə aparsın. Bu gün vətəndaşlar bundan razıdır və istifadə edirlər.

Nəzərə alaq ki, bu gün dünyanı iqtisadi böhran bürüyüb. “Taksilər ucuz aparır” deməklə işsizliyə yol aça bilərik. Tarif təyin edilərsə, o zaman, taksi xidmətlərinə də məcburi qaydalar, şərtlər tətbiq ediləcək. Deyiləcək ki, sayğac quraşdırılmalı, maşının yeni olmalıdır və s. Avtomatik 20 min taksi sürücüsü varsa, azalıb olacaq 5 min. Çünki 15 avtomobil tələblərə cavab verməyəcək.

Vahid tarif, taksi şirkətlərini sıxışdırmaq işsizliyə səbəb ola biləcək çox təhlükəli addımlardır. Mən qurumları, sürücüləri bu məsələyə anlaşıqlı yanaşmağa çağırıram”,- deyə Eldəniz Cəfərov bildirib.

Leyla Mirzə

Paylaş »
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »